Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ ছুৰা: আশ্ব-শ্বুআৰা   আয়াত:
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
Əgər Musaya qalib gələn sehrbazlar olarsa, ümüd edirik ki, biz də onla­rın dininə ta­be olarıq!"
আৰবী তাফছীৰসমূহ:
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ
Sehrbazlar Musa ilə mübarizə aparmağa gəldikləri zaman Fi­rona belə de­di­lər: "Əgər Musaya qalib gəl­sək, bi­zə maddi və mənəvi mükafat varmı?"
আৰবী তাফছীৰসমূহ:
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ
Firon onlara belə cavab verdi: "Bəli, sizin üçün mükafat vardır. Musaya qalib gələcəyiniz təqdirdə sizə yüksək məqamlar da veriləcək və siz mənə ən yaxın adamlardan olacaqsınız!"
আৰবী তাফছীৰসমূহ:
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
Musa Allahın yardımına yəqin olduqdan və sehribazlara, onda olanın sehr olmadığını bəyan etdikdən sonra onlara belə dedi: "Haydı, əsalarınızdan və kəndirlərinizdən nə atmaq istəyirsinizsə yerə atın!"
আৰবী তাফছীৰসমূহ:
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ
Onlar, Musanın bu sözündən sonra əllərindəki iplərini və əsa­ları­nı ye­rə ataraq belə dedilər: "Fironun qüdrə­ti­nə and ol­sun ki, bu gün biz qalib gə­lə­cəyik və Musada məğlub olacaqdır!"
আৰবী তাফছীৰসমূহ:
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ
Bunun ardından Musa əlindəki əsasını yerdə, əsada dərhal bir ilan döndüb, onların sehrlə insanları aldatdıqları şeyləri dərhal udmağa başladı.
আৰবী তাফছীৰসমূহ:
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ
Sehribazlar Musanın əsasının onların bütün atdıqları sehrləri udduğunu görüncə, hamısı birlikdə səcdəyə qapandılar.
আৰবী তাফছীৰসমূহ:
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Onlar dedillər: "Biz bütün yaradılmışların Rəbbinə iman gətirdik."
আৰবী তাফছীৰসমূহ:
رَبِّ مُوسَىٰ وَهَٰرُونَ
Musanın və Harunun - aleyhiməsəlam- Rəbbinə!"
আৰবী তাফছীৰসমূহ:
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ
Firon sehribazların iman etmələrinə inkar edərək belə dedi: "Mən sizə izin vermədən öncə siz Musaya iman­mı gə­tir­di­niz?! Şübhəsiz ki, Musa sizə sehr öyrədən böyü­yü­nüz­dür. Siz, Misir əhalisini Misirdən çıxarmaq üçün gizlincə qərara gəlmisiniz. Amma siz, sizə verəcəyim əzabı tezliklə görüb, biləcəksi­niz! Hər birinizin sağ ayağı ilə sol əlini və ya əkis bir şəkildə çarpazvari kəs­dirib ha­mınızı xurma ağaclarının gövdələrindən asdıracağam və sizdən heç kimsəni sağ buraxmayacağam!"
আৰবী তাফছীৰসমূহ:
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ
Sehribazlar Firona dedilər: "Bizi dünyada ikən asıb-kəsməklə hədə-qorxu gəlməyin bizə zərər verməz. Sənin verəcəyin əzab, keçici bir əzabdır. Biz on­suz da öz Rəbbi­mizə qa­yı­da­cağıq. O, bizi daimi olan rəhmətinə daxil edəcəkdir!"
আৰবী তাফছীৰসমূহ:
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ
Biz Musaya ilk iman edən və onu ilk təsdiqlənlərdən olduğumuzdan dolayı uca Allahdan keçmişdə etdiyimiz günahların bağışlanmasını ümid edirik!"
আৰবী তাফছীৰসমূহ:
۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ
Biz Musaya gecə ikən İsrail oğulları ilə birgə yola çıxmağı əmr etdik və Ona, Firon və onunla bərabər olanlar döndərmək üçün sizi təqib edəcəklərini vəhy etdik.
আৰবী তাফছীৰসমূহ:
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
Firon, İsrail oğullarının Misiri tərk etdiklərini öyrənincə, öz qoşunundan bəzi əskərlərini, onları Misirə geri döndərmək üçün şəhərlərə əsgər top­layanlar göndərdi.
আৰবী তাফছীৰসমূহ:
إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ
Firon, İsrail oğullarını aşağılayaraq belə dedi: "Bunlar kiçik bir toplumdur.
আৰবী তাফছীৰসমূহ:
وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ
Artıq onlar qəzəbimizə səbəb olan hərəkətlər etmişlər.
আৰবী তাফছীৰসমূহ:
وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ
Biz isə onlara qarşı hazırlıqlı və ayıq-sayıq bir toplumuq!"
আৰবী তাফছীৰসমূহ:
فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٖ وَعُيُونٖ
Nəhayət, Biz Fironu və onun qövmünü zənğin bağ-bağçaları və şırıl-şırıl axan bulaqları olan Misir torpaqlarından çıxartdıq.
আৰবী তাফছীৰসমূহ:
وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ
Axır ki, Biz, Firon və onun qövmünü xəzinələrdən və gözəl (bərəkət dolu) məskənlərdən çıxartdıq.
আৰবী তাফছীৰসমূহ:
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Biz, Fironu və onun qövmünü bu nemətlərdən məhrum etdikdən sonra, onlara verdiyimiz nemətlərin eynisini, Şam torpaqlarında olan İsrail oğullarına bəxş etdik.
আৰবী তাফছীৰসমূহ:
فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ
Firon və onun qövmü günəş döğduğu vaxta İsrail oğullarının ardınca düşdüb, on­ları təqib et­mə­yə başladı­lar.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
• Batil əhli arasındakı əlaqə, sırf maddi maraqlar üzərində qurulub.

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
• Musanın sehribazlara qalib gəlməsinə əmin olması, Rəbbinin vədinə yəqin olmasından irəli gəlirdi.

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
• Sehribazların bir anda, hamılıqla Allaha iman gətirmələri, uca Allahın qəlbləri istədiyi kimi dəyişməsinin bariz bir nümunəsidir.

• الطغيان والظلم من أسباب زوال الملك.
• Günahlar, zülümlər və haqsızlıqlar, mülkün və var-dövlətin əldən çıxmasının səbəblərindəndir.

 
অৰ্থানুবাদ ছুৰা: আশ্ব-শ্বুআৰা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ