আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (14) ছুৰা: ছুৰা আল-হুজুৰাত
۞ قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
Bədəvilərdən bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləmin) yanına gəldikdə: "Biz Allaha və Onun rəsuluna iman gə­tirmişik" – dedilər. Ey Peyğəmbər! Onlara de: “Siz iman gətirməmisi­niz! Lakin siz: “Biz təslim olduq və boyun əydik!” – de­yin. Hələ iman sizin qəlb­inizə daxil ol­mamışdır, ola bilsin ki, tezliklə daxil olsun. Ey bədəvilər! Əgər siz Allaha və Onun rəsuluna itaət edərək iman gətirib yaxşı işlər görsəniz və haramlardan çəkinsəniz, Allah sizin əməllərinizin savabından heç bir şey əs­kiltməz. Şüb­həsiz ki, Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar və onlara rəhm edər!”
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
Əməlisaleh insanlar barədə pis zənn etmək günahdır. Şər əhli barədə pis zənn edib onlardan çəkinmək isə icazəlidir.

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
Bəşər övladlarının əsl-nəcabətinin bir olması, onlardan bir-birlərinin yanında öz nəsəbləri ilə fəxr etməkdən çəkinməyi tələb edir.

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
İnsan, etqiad etməyib sadəcə: "İman gətirdim" – deməklə mömin sayılmır. Əksinə, mömin sayılmaq üçün, həm qəlbin etiqad etməsi, həm dilin tələffüz etməsi, həm də bədən əzalarının əməl etməsi gərəkdir.

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
Qəlbin hidayətə yönəlməsi yalnız Allahın əlindədir. Bu, Uca Allahın bəxş etdiyi lütfüdür və bu yalnız Ona məxsusdur.

 
অৰ্থানুবাদ আয়াত: (14) ছুৰা: ছুৰা আল-হুজুৰাত
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ