Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ ছুৰা: আৰ-ৰহমান   আয়াত:
مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ
Allah, qarşı-qarşıya gələn, birinin suyu şirin, digərininki isə duzlu olan iki dənizi, göz gördüyü qədər bir-birinə qovuşdurdu.
আৰবী তাফছীৰসমূহ:
بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ
O dənizlərin arasında elə bir maneə var ki, o, bu dənizlərdən hər birinin digərinə qarışmasına mane olur. Bu, suyu şirin olan dəniz şirinliydə, duzlu olan da duzluluğunda qalması üçündür.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ
O iki dənizdən böyük və kiçik mirvarilər çıxır.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ
Dənizlərdə dağlar kimi üzən gə­mi­ləri yönəltmək də pak və müqəddəs Allaha aiddir.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ
Yer üzündə olan məxluqatın hamısı, sözüsüz ki, həlak olacaqdır.
আৰবী তাফছীৰসমূহ:
وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
Ey peyğəmbər! Öz qullarına qarşı lütfükar olan, əzə­mət­li və kə­ramətli Rəbbinin Üzü isə əbə­didir. Ölüm əsla Ona aid ola bilməz.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ
Göylərdə olan mələklər və yerdə olan cinlər və insanlar öz ehtiyaclarını On­dan dilə­yirlər. O hər gün Öz qullarının işlərini görür - yaradır, öldürür, ruzi verir və s.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ
Ey insan və cin tayfası! Tezliklə sizinlə haqq-hesab çəkəcəyik və sizlərdən hər kəsə etdiyi əməlinin əvəzini - mükafatını və ya cəzasını verəcəyik.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ
Qiyamət günü Allah cinləri və insanları bir yerə toplayacağı zaman belə buyuracaq: "Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hər hansı bir nahiyəsindən yarıb keçə bilirsiniz, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bilərsiniz. Lakin hardadı sizdə o güc-qüvvət?!
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ
Ey insanlar və cinlər! Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü gön­də­ri­ləcək və siz bunun qarşısnı almaq üçün gücünüz yetməyəcəkdir.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ
Mələklərin yerə enməsi üçün göy yarılacaq, rəngi də, dağ basılmış yağ ki­mi qıpqırmızı olacaqdır.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ
O əzəmətli gündə Allah insanların və cinlərin (dünyada) nə əməllər etdiklərini bildiyinə görə, onlar öz günahları barədə sorğu-sual olunmayacaqlar.
আৰবী তাফছীৰসমূহ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
আৰবী তাফছীৰসমূহ:
يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ
Qiyamət günü günahkarlar əlamətlərindən - üzlərinin qara, gözlərinin də göy olmasından tanı­nacaq, üstəlik, kəkilləri ilə ayaqla­rı bir-birinə bitişik halda tutulub yaxalanaraq Cəhənnəmə atılacaqlar.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الجمع بين البحر المالح والعَذْب دون أن يختلطا من مظاهر قدرة الله تعالى.
Suyu şirin olan dənizlə suyu duzlu olan dənizin suları bir-birinə qarışmadığı halda onların birləşməsi Uca Allahın qüdrət əlamətlərindəndir.

• ثبوت الفناء لجميع الخلائق، وبيان أن البقاء لله وحده حضٌّ للعباد على التعلق بالباقي - سبحانه - دون من سواه.
Bütün məxluqatın fani olduğunun isbatı və təkcə Allahın əbədi qalmasının bəyan edilməsi, bəndələrin Allahdan qeyrisinə yox, məhz əbədi qalan Uca Allaha bağlı olmağa təşviq etmək üçündür.

• إثبات صفة الوجه لله على ما يليق به سبحانه دون تشبيه أو تمثيل.
Uca Allahın Özünə layiq olduğu tərzdə, məxluqa oxşatmadan və heç kəsə tay tutmadan Onun üzünün olmasını isbat etmək.

• تنويع عذاب الكافر.
Kafirin əzabının müxtəlif dərəcələrdə olması.

 
অৰ্থানুবাদ ছুৰা: আৰ-ৰহমান
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ