আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (10) ছুৰা: ছুৰা আত-তাহৰীম
ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٰخِلِينَ
Allah, Allaha və Onun rəsuluna küfr etmiş kimsələrə Allahın iki peyğəmbərinin - Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir ki, kafirlərin möminlərlə əlaqəsi olmasının onlara heç bir fayda verməyəcəyini bildirsin. Onlar əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər, Allahın yolundan azmaqla, həmçinin, qövmünün kafirlərinə kömək etməklə ərlərinə xəyanət etdilər və bu qadınların əməlisaleh peyğəmbərlərin zövcələri olmaları onlara fayda vermədi. Nəhayət, o qadınlara belə deyildi: “Cəhənnəm oduna girən kafirlər və fasiqlərlə birgə ikiniz də ora girin!”
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• التوبة النصوح سبب لكل خير.
Səmimi-qəlbdən tövbə etmək hər bir xeyirə nail olmaq üçün səbəbdir.

• في اقتران جهاد العلم والحجة وجهاد السيف دلالة على أهميتهما وأنه لا غنى عن أحدهما.
Elm və dəlil-sübut ilə cihad etməyi qılıncla cihad etməyə barəbar tutmaq, onların hər ikisinin əhəmiyyətli olmasına və hər birinə ehtiyac duyulmasına dəlalət edir.

• القرابة بسبب أو نسب لا تنفع صاحبها يوم القيامة إذا فرّق بينهما الدين.
İnsanın hər hansı bir səbəbdən dolayı və ya nəsəbcə yaxın olduğu bir kimsə ilə dinləri fərqıi olarsa, bu yaxınlıq qiyamət günü ona heç bir fayda verməyəcəkdir.

• العفاف والبعد عن الريبة من صفات المؤمنات الصالحات.
İsmətli olmaq və şübhədən uzaq durmaq əməlisaleh mömin qadınların sifətlərindəndir.

 
অৰ্থানুবাদ আয়াত: (10) ছুৰা: ছুৰা আত-তাহৰীম
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ