Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ ছুৰা: আন-নাযিআত   আয়াত:
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
Allah Musaya belə buyurdu: "Fironun yanına get! Həqiqətən də, o, zülm və təkəbbürlükdə həddi aşmışdır".
আৰবী তাফছীৰসমূহ:
فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
"Ona de: "Ey Firon! Küfrdən və günahlardan təmizlənmək istəyirsənmi?"
আৰবী তাফছীৰসমূহ:
وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ
Səni, səni yaradan və sənin qeydinə qalan Rəbbinə tərəf yönəldimmi ki, Ondan qorxub Onu razı salacaq əməllər edəsən və Onu qəzəbə gətirəcək işlərdən çəkinəsən?
আৰবী তাফছীৰসমূহ:
فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ
Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir.
আৰবী তাফছীৰসমূহ:
فَكَذَّبَ وَعَصَىٰ
Firon isə sadəcə bu əlamətləri yalan saydı və Musanın (aleyhissəlam) ona əmr etdiyinə asi oldu.
আৰবী তাফছীৰসমূহ:
ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ
Sonra asilik edərək və haqdan üz döndərərək, Musanın -Aleyhissəlam- təbliğ etdiyinə iman gətirməkdən üz çevirdi.
আৰবী তাফছীৰসমূহ:
فَحَشَرَ فَنَادَىٰ
Öz qövmünü və tabeçiliyində olanları bir yerə toplayıb, Musaya - Aleyhissəlam- qalib gəlmək üçün onlara belə səsləndi:
আৰবী তাফছীৰসমূহ:
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ
"Sizin uca rəbbiniz mənəm. Odur ki, siz məndən başqasına itaət etməməlisiniz".
আৰবী তাফছীৰসমূহ:
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ
Elə buna görə də Allah onu bu dünyada dənizdə qərq etməklə, axirətdə də, ən şiddətli əzaba düçar etməklə cəzalandırdı.
আৰবী তাফছীৰসমূহ:
إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ
Həqiqətən də, dünyada və axirətdə Firona verdiyimizi cəzada Allahdan qorxan kimsə üçün ibrət vardır. Məhz beləsi ibrətlərdən fayda götürər.
আৰবী তাফছীৰসমূহ:
ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا
Ey yenidən dirilməni yalan sayanlar! Allah üçün sizin yaradılışınız çətindir, yoxsa möhkəm qurduğu göyün?
আৰবী তাফছীৰসমূহ:
رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا
Allah onun səmtini yüksəyə doğru ucaltmış və onu heç biri çatı, heç bir yarığı və heç bir qüsuru olmadığı şəkildə, dümdüz yaratmışdır.
আৰবী তাফছীৰসমূহ:
وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا
Günəş batdıqda göyü zülmətə bürüyər, günəş çıxdıqda isə onun nurlandırar.
আৰবী তাফছীৰসমূহ:
وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ
Allah göyü yaratdıqdan sonra yeri döşədi və orada faydalı şeylər yaratdı.
আৰবী তাফছীৰসমূহ:
أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا
Orada axar bulaqlar yaratdı, habelə, heyvanların yemlənməsi üçün bitkilər yetişdirdi.
আৰবী তাফছীৰসমূহ:
وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا
Dağları da yerə möhkəm yerləşdirdi.
আৰবী তাফছীৰসমূহ:
مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
Ey insanlar! Bütün bunlar sizin və sizin heyvanlarınızın faydalanması üçündür. Bunların hamısını (heçdən) yaradan Allah, onları yenidən yaratmağa aciz deyildir.
আৰবী তাফছীৰসমূহ:
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ
Dəhşəti hər şeyi bürüyəcək ikinci sur üfürüləcəyi və qiyamət qopacağı zaman -
আৰবী তাফছীৰসমূহ:
يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ
O gün insan dünyada etdiyi xeyir və ya şər əməlləri xatırlayacaq.
আৰবী তাফছীৰসমূহ:
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ
Cəhənnəm də gətirilib onu görə bilən hər kəsə göstəriləcəkdir.
আৰবী তাফছীৰসমূহ:
فَأَمَّا مَن طَغَىٰ
Azğınlıqda həddini aşmış kimsəyə gəlincə,
আৰবী তাফছীৰসমূহ:
وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Fani dünya həyatını əbədi axirət həyatından üstün tutmuşsa,
আৰবী তাফছীৰসমূহ:
فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ
Şübhəsiz ki, onun qərar tutacağı yer atəş olacaqdır.
আৰবী তাফছীৰসমূহ:
وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ
Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.
আৰবী তাফছীৰসমূহ:
فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ
Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.
আৰবী তাফছীৰসমূহ:
يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا
Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: "Qiyamət nə zaman qopacaq?" – deyə soruşurlar.
আৰবী তাফছীৰসমূহ:
فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ
Bu haqda sənin bildiyin bir şey yoxdur ki, onlara nə isə bildirəsən. Bunun sənə aid olan bir şey deyil. Sənə aid olan, yalnız o gün üçün hazırlıq görməyindir.
আৰবী তাফছীৰসমূহ:
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
Qiyamətin qopacağı vaxtı dəqiqliyi ilə bilmək təkcə sənin Rəbbinə aiddir.
আৰবী তাফছীৰসমূহ:
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا
Sən sadəcə qiyamət qopacağından qorxan kimsəni xəbərdar edənsən. Çünki yalnız beləsi sənin xəbərdarlığından faydalana bilər.
আৰবী তাফছীৰসমূহ:
كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا
Onlar qiyamətin qopacağını öz gözləri ilə gördükləri zaman, dünya həyatlarında sadəcə bir günün axşamını və ya onun səhərini yaşadıqlarını güman edəcəklər.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• وجوب الرفق عند خطاب المدعوّ.
Allahın dininə dəvət olunan kimsəyə xitab etdikdə mülayim davranmağın vacib olması.

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
Allahdan qorxmaq və nəfsi istəklərdən saxlamaq, Cənnətə aparan səbəblərdəndir.

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
Qiyamətin nə zaman qopacağı, yalnız Allahın bildiyi qeyb elminə aiddir.

• بيان الله لتفاصيل خلق السماء والأرض.
Allahın göyü və yeri necə yaratdığını təfsilatlı şəkildə izah etməsi.

 
অৰ্থানুবাদ ছুৰা: আন-নাযিআত
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ