Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ ছুৰা: আল-আ'লা   আয়াত:

əl-Əla

ছুৰাৰ উদ্দেশ্য:
تذكير النفس بالحياة الأخروية، وتخليصها من التعلقات الدنيوية.
Nəfsə axirət həyatını xatırlatmaq və onu dünyaya könül bağlamaqdan xilas etmək.

سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
Yaratdıqlarının fövqündə ucalan Rəbbini zikr edərkən və Onun şənini uca tutarkən, adını çəkərək Onu təriflə!
আৰবী তাফছীৰসমূহ:
ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
O Rəbbin ki, insanı kamil surətdə və gözəl bir biçimdə yaratmışdır.
আৰবী তাফছীৰসমূহ:
وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
O Rəbbin ki, məxluqatın müqəddəratını - onların cinsini, növlərini və xislətlərini əzəldən müəyyən etmiş, üstəlik, hər bir məxluqa özünə uyğun və tay olana tərəf yönəltmişdir.
আৰবী তাফছীৰসমূহ:
وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
O Rəbbin ki, yerdən sizin heyvanlarınızın yediyi bitkiləri çıxarmışdır.
আৰবী তাফছীৰসমূহ:
فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
Sonra da o yaşıl otları və yarpaqları, qaralmış quru küləşə çevirmişdir.
আৰবী তাফছীৰসমূহ:
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
Ey Peyğəmbər! Biz sənə Quranı oxudacaq və onu sənin qəlbində cəm edəcəyik, beləliklə də, sən onu heç vaxt unutmayacaqsan. Odur ki, Cəbrail ilə Quran oxuduğun zaman onu yaddan çıxarmamaq üçün onu tələm-tələsik oxuma.
আৰবী তাফছীৰসমূহ:
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
Yalnız Allahın hər hansı bir hikmətdən dolayı sənə unutdurduğu ayələr müstəsnadır. Allah nəyi aşkara çıxardığını, nəyi də gizlin saxladığını bilir. Bunlardan heç biri Ona gizli qalmaz.
আৰবী তাফছীৰসমূহ:
وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
Biz səni Allahı razı salacaq və səni Cənnətə aparacaq əməlləri yerinə yetirməyə müvəffəq edərik.
আৰবী তাফছীৰসমূহ:
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
Sənə Quranda vəhy etdiklərimizdən insanlara öyüd-nəsihət et və xatırlatlatmanın fayda verdiyini görsən, onlara xatırlat.
আৰবী তাফছীৰসমূহ:
سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
Allahdan qorxan kəs səndən öyüd-nəsihət götürər. Çünki məhz beləsi öyüd-nəsihətdən faydalanar.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
İnsanın haqq-hesaba çəkilməsi üçün mələklər onun həm özünü, həm də yaxşı və pis əməllərini mühafizə edir.

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
Kafirlərin qurduğu hiylə, pak və müqəddəs Allahın tədbiri qarşısında zəifdir.

• خشية الله تبعث على الاتعاظ.
Allahdan qorxmaq insanı öyüd-nəsihət qəbul etməyə sövq edir.

 
অৰ্থানুবাদ ছুৰা: আল-আ'লা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ