আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (11) ছুৰা: ছুৰা আত-তাওবাহ
فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
Əgər etdikləri küfür əməllərdən Allaha tövbə edib, iki şəhadət kəlməsini tələffüz etsələr, na­maz qılıb mallarının zə­katını versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Bu zaman sizə vacib edilən onlara da vacib edilər, sizə qadağan edilən onlara da qadağan edilmiş olar və bundan sonra onlarla döyüşmək sizə halal olmaz. Çünki İslamı qəbul etmələri onların qanlarını, mallarını və namuslarını qoruyar. Biz ayələri bilən kimsələrə be­lə­cə izah edirik. Çünki ayələrimizdən məhz belə kimsələr faydalanar və başqalarınıda fayda verərlər.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• دلَّت الآيات على أن قتال المشركين الناكثين العهد كان لأسباب كثيرة، أهمها: نقضهم العهد.
• Yuxarıda qeyd edilən ayələr əhdi pozan müşriklərlə döyüşməyin bir çox səbəblərə görə olduğuna dəlalət etməkdədir, bu səbəblərin ən başlıcası isə onların əhdi pozduqlarına görədir.

• في الآيات دليل على أن من امتنع من أداء الصلاة أو الزكاة فإنه يُقاتَل حتى يؤديهما، كما فعل أبو بكر رضي الله عنه.
• Yuxarıda qeyd edilən ayələr, Əbu Bəkirin (Allah ondan razı olsun) etdiyi kimi, namaz qılmaqdan yaxud zəkat verməkdən imtina edən kimsələrlə, namaz qılıb, zəkat verənə qədər döyüşməyinə dəlalət edir.

• استدل بعض العلماء بقوله تعالى:﴿وَطَعَنُوا فِي دِينِكُمْ﴾ على وجوب قتل كل من طعن في الدّين عامدًا مستهزئًا به.
• Bəzi alimlər Uca Allahın: ﴾Dininizi yamanlayıb təhqir etsələr﴿ ayəsini dəlil göstərərək, qəsdən, istehza edərək dinə tənə edən hər bir kimsənin öldürülməsinin vacib olduğunu bildirmişlər.

• في الآيات دلالة على أن المؤمن الذي يخشى الله وحده يجب أن يكون أشجع الناس وأجرأهم على القتال.
• Yuxarıda qeyd edilən ayələrdə tək Allahdan qorxan mömin kimsənin insanların ən şücaətlisi və düşmənlə döyüşməyə ən cəsarətlisi olmasına dair dəlil vardır.

 
অৰ্থানুবাদ আয়াত: (11) ছুৰা: ছুৰা আত-তাওবাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ