আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (60) ছুৰা: ছুৰা আত-তাওবাহ
۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
Vacib zəkatlar işi və ya müəyyən bir vəzifəsi olub, lakin öz maddi tələbatını ödəməyə kifayət etməyən və həmçinin ehtiyaclı olduğu insanlar arasında bilinməyən fəqirlərə, heç bir şeyə sahib olmayan, sözündən və zahiri görnüşündən ehtiyaclı olması insanlara arasında bilinən miskinlərə, zəkatı yığıb pay­lamaq üçün imam tərəfindən təyin etdiyi kimsələrə, qəlbləri İslam di­ninə isinişdirmək üçün və ya imanının qüvvətlənməsi məqsədi ilə verilən zəyif imanlı, yaxud da ki, şərindən qorunmaq üçün verilən kimsələrə, kölə­lərin azad olun­masına, israfçılığa yol vermədən və ya günah işləmək məqsədi olmadan borc alıb, qaytarmağa maddi imkanı olmayan borclu­lara, Allah yo­lun­da cihad edən mücahidlərin maddi və texniki ehtiyaclarını təmin edilməsinə və pulu qurtarıb yarı yolda qalan müsafirlərə məx­­sus­dur. Zəkatın yalnız bu kimsələrə məxsus edilməsi Allah tərəfindən təyin edilmiş bir fərzdir. Allah qulların mənfəətlərini daha yaxşı bilir. O, işlərində və şəri hökmlərində hikmət sahibidir.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الأموال والأولاد قد تكون سببًا للعذاب في الدنيا، وقد تكون سببًا للعذاب في الآخرة، فليتعامل العبد معهما بما يرضي مولاه، فتتحقق بهما النجاة.
• Var-dövlət, oğul-uşaq bəzən insanın dünyada, bəzən də ki, axirətdə əzab olunmasına səbəb ola bilər. İnsan bu məsələdə, Allahın ondan razıl qalacağı və sonda peşman olmayacağı bir tərzdə müamələ etməlidir.

• توزيع الزكاة موكول لاجتهاد ولاة الأمور يضعونها على حسب حاجة الأصناف وسعة الأموال.
• Zəkatın paylanması əmr sahiblərinin ictihadına buraxılmışdır. Onlar, mövcud olan zəkat mallarını, yeddi qurp insanlar arasına məsləhətin tələblərinə uyğun cavab verərək paylamalıdırlar.

• إيذاء الرسول صلى الله عليه وسلم فيما يتعلق برسالته كفر، يترتب عليه العقاب الشديد.
• Şəri məsələlərdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) əziyyət vermək küfürdür. Bunu edən insan, şiddətli əzaba dücar olacaqdır.

• ينبغي للعبد أن يكون أُذن خير لا أُذن شر، يستمع ما فيه الصلاح والخير، ويُعرض ترفُّعًا وإباءً عن سماع الشر والفساد.
• İnsan gərək şəri deyil, xeyiri eşidən olmalı və daima ona fayda verən sözləri dinləyib, fitnə-fəsad olan sözlərdən üz çevirib, uzaq olmalıdır.

 
অৰ্থানুবাদ আয়াত: (60) ছুৰা: ছুৰা আত-তাওবাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ