Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (127) Surə: Ta ha
وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ
Biz, haram olan şəhvətlərə dalıb və Rəb­bi­nin aşıq-aydın dəlillərinə iman etməkdən üz çevirib, onlara inanmayanı be­lə cə­za­lan­dırı­rıq. Uca Allahın axirətdəki əzabı isə, dünya və bərzəx aləmindəki sıxıntılı yaşantıdan daha qorxunc, daha şiddətli və daha davamlı olacaqdır.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• من الأسباب المعينة على تحمل إيذاء المعرضين استثمار الأوقات الفاضلة في التسبيح بحمد الله.
• Allahın dinindən üz çevirən insanların əziyyətlərinə qarşı səbir etməyə yardım edən amillərdən biridə, fəzilətli vaxtları uca Allahın şəninə həmd-sənalar və təriflər edərək dəyərləndirməkdir.

• ينبغي على العبد إذا رأى من نفسه طموحًا إلى زينة الدنيا وإقبالًا عليها أن يوازن بين زينتها الزائلة ونعيم الآخرة الدائم.
• Əgər insan öz nəfsində dünyanın bər-bəzəyinə tamah salıb, onlara meyil etdiyini hiss edərsə, bu zaman dünyanın fani bər-bəzəyini, axirətin əbədi qalan nemətləri ilə müqaisə etməsi gərəkdir.

• على العبد أن يقيم الصلاة حق الإقامة، وإذا حَزَبَهُ أمْر صلى وأَمَر أهله بالصلاة، وصبر عليهم تأسيًا بالرسول صلى الله عليه وسلم.
• İnsan namazı vaxtı-vaxtında, lazımı şəkildə yerinə yetirməlidir. Bir çətinliklə üzləşdikdə namaz qılması və ailəsinədə namaz qılmağı əmr etməsi müstəhəbdir. Bu işdə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) özünə örnək edərək, onlara namazı əmr etməkdə səbirlə davranmalıdır.

• العاقبة الجميلة المحمودة هي الجنة لأهل التقوى.
• Allahdan qorxan təqva əhli üçün gözəl sonluq Cənnətdir.

 
Mənaların tərcüməsi Ayə: (127) Surə: Ta ha
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq