Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (90) Surə: Ta ha
وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي
Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun on­lara belə de­mişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək bö­yü­rtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəb­biniz qullarına qarşı mər­hə­mət­li olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə ta­be olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!"
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• خداع الناس بتزوير الحقائق مسلك أهل الضلال.
• Həqiqətlərə saxtakarlıq qarışdıraraq insanları aldatmaq, azğın insanların tutduğu yoldur.

• الغضب المحمود هو الذي يكون عند انتهاكِ محارم الله.
Bəyənilən qəzəb, Allahın haram buyurduqları pozulduğu zaman qəzəblənməkdir.

• في الآيات أصل في نفي أهل البدع والمعاصي وهجرانهم، وألا يُخَالَطوا.
• Yuxarıda qeyd edilən ayələrdə, bidət və günah sahiblərindən uzaq durmaq, onlarla birgə olmamaq və həmçinin onları tərk etmək barədə dəlil vardır.

• في الآيات وجوب التفكر في معرفة الله تعالى من خلال مفعولاته في الكون.
• Bu ayələrdə, uca Allahın kainatdakı yaratdıqlarına baxıb Allah barədə təfəkkür etməyin vacibliyi bildirilmişdir.

 
Mənaların tərcüməsi Ayə: (90) Surə: Ta ha
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq