Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (86) Surə: ən-Nəml
أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
Məgər öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlər gecəni yatıb dincəlməyiniz üçün qaranlıq, gündüzü isə görməniz və sizə lazım olan işlərinizin ardınca getməniz üçün işıqlı etdiyimizi görmürlərmi?! Həqiqətən, sizin hər gün yataraq ölməyinizdə və oyanaraq yenidən həyata qayıtmanızda, iman edən bir qövm üçün Allahın vəhdaniyyətinə dəlalət edən açıq-aydın əlamətlər vardır.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• أهمية التوكل على الله.
• Uca Allaha təvəkkül etməyin əhəmiyyəti.

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
• Peyğəmbərin (sallallahu aleyhi və səlləm) uca Allah tərəfindən onun açıq-aydın haqq üzərində olmasının təsdiqlənməsi.

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
• Bir kimsənin iman gətirməsinə müvəffəq olmaq Peyğəmbərin (səlllallahu aleyhi və səlləm) əlində deyil, bu məhz, Allahın əlindədir.

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
• Yuxarıda qeyd edilən ayədə, yuxunun ölümə, yuxudan oyanmanın da öldükdən sonra yenidən dirilməyə dəlalət etdiyi bəyan edilmişdir.

 
Mənaların tərcüməsi Ayə: (86) Surə: ən-Nəml
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq