Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (13) Surə: əl-Əhzab
وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا
Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə de­miş­di: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Evlərinizə qayıdın!” İçərilərin­dən bir qismi isə ev­lərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Pey­ğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istə­yir­di. Hal­buki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istə­yir­di­lər.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• منزلة أولي العزم من الرسل.
Elçilərdən möhkəm iradə sahiblərinin (Nuh, İbrahim, Musa, İsa və Muhəmməd aleyhimussəlatu vəssəlam) yüksək məqamda durması.

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
Müsibət gəldikdə Allahın möminlərə yardım etməsi.

• خذلان المنافقين للمؤمنين في المحن.
Münafiqlərin sıxıntı anında möminləri yardımsız buraxması.

 
Mənaların tərcüməsi Ayə: (13) Surə: əl-Əhzab
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq