Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əl-Muddəssir   Ayə:

əl-Muddəssir

يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Ey (libasına) sarınan (Peyğəmbər)!
Ərəbcə təfsirlər:
قُمۡ فَأَنذِرۡ
Qalx (insanları) xəbərdar et!
Ərəbcə təfsirlər:
وَرَبَّكَ فَكَبِّرۡ
Rəbbini uca tut!
Ərəbcə təfsirlər:
وَثِيَابَكَ فَطَهِّرۡ
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
Ərəbcə təfsirlər:
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)
Ərəbcə təfsirlər:
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)
Ərəbcə təfsirlər:
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Rəbbin üçün səbir et!
Ərəbcə təfsirlər:
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Sura üfürüləcəyi zaman,
Ərəbcə təfsirlər:
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
O gün çətin bir gün olacaqdır.
Ərəbcə təfsirlər:
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
(Həmin gün) kafirlərə asan olmayacaqdır.
Ərəbcə təfsirlər:
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.
Ərəbcə təfsirlər:
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Mən ona çoxlu var-dövlət bəxş etdim,
Ərəbcə təfsirlər:
وَبَنِينَ شُهُودٗا
Hər zaman yanında olan oğullar (verdim),
Ərəbcə təfsirlər:
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
onu hər cür imkanlarla təmin etdim.
Ərəbcə təfsirlər:
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.
Ərəbcə təfsirlər:
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.
Ərəbcə təfsirlər:
سَأُرۡهِقُهُۥ صَعُودًا
Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.
Ərəbcə təfsirlər:
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.
Ərəbcə təfsirlər:
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Ona ölüm olsun! Necə qərar verdi?!
Ərəbcə təfsirlər:
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Sonra ona ölüm olsun! Necə qərar verdi?!
Ərəbcə təfsirlər:
ثُمَّ نَظَرَ
Sonra nəzər saldı.
Ərəbcə təfsirlər:
ثُمَّ عَبَسَ وَبَسَرَ
Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü. @Təshihçi (korrektor)
22. Üz-gözünü turşudub qaş­qabağını tökdü.
Ərəbcə təfsirlər:
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Sonra da arxasını çevirib təkəbbürlük göstərdi.
Ərəbcə təfsirlər:
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
Ərəbcə təfsirlər:
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Bu, insan kəlamından başqa bir şey deyildir".
Ərəbcə təfsirlər:
سَأُصۡلِيهِ سَقَرَ
Mən onu Səqərə (Cəhənnəmə) salacağam.
Ərəbcə təfsirlər:
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!
Ərəbcə təfsirlər:
لَا تُبۡقِي وَلَا تَذَرُ
O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!
Ərəbcə təfsirlər:
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
dərini yandırıb-yaxar.
Ərəbcə təfsirlər:
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Onun üzərində on doqquz (gözətçi mələk) var.
Ərəbcə təfsirlər:
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
Ərəbcə təfsirlər:
كَلَّا وَٱلۡقَمَرِ
Xeyr! And olsun aya!
Ərəbcə təfsirlər:
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
And olsun dönüb gedən gecəyə!
Ərəbcə təfsirlər:
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
And olsun ağarmaqda olan sübh çağına!
Ərəbcə təfsirlər:
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Doğrudan da o (Səqər) böyük bir bəladır.
Ərəbcə təfsirlər:
نَذِيرٗا لِّلۡبَشَرِ
(O) insanlar üçün xəbərdarlıqdır.
Ərəbcə təfsirlər:
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.
Ərəbcə təfsirlər:
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Hər kəs etdiyi əməlin girovudur.
Ərəbcə təfsirlər:
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Yalnız sağ tərəf sahiblərindən başqa.
Ərəbcə təfsirlər:
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
Ərəbcə təfsirlər:
عَنِ ٱلۡمُجۡرِمِينَ
günahkarlar barəsində.
Ərəbcə təfsirlər:
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Sizi Səqərə salan nədir?
Ərəbcə təfsirlər:
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
Ərəbcə təfsirlər:
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Miskini də yedizdirməzdik.
Ərəbcə təfsirlər:
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Batilə dalanlarla birlikdə biz də dalardıq,
Ərəbcə təfsirlər:
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Haqq-hesab gününü yalan hesab edərdik –
Ərəbcə təfsirlər:
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ölüm bizə gələnə qədər”.
Ərəbcə təfsirlər:
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
Şəfaətçilərin şəfaəti onlara fayda verməz.
Ərəbcə təfsirlər:
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?
Ərəbcə təfsirlər:
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.
Ərəbcə təfsirlər:
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar.
Ərəbcə təfsirlər:
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.
Ərəbcə təfsirlər:
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
Ərəbcə təfsirlər:
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.
Ərəbcə təfsirlər:
فَمَن شَآءَ ذَكَرَهُۥ
İstəyən ondan öyüd alar.
Ərəbcə təfsirlər:
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əl-Muddəssir
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev - Tərcumənin mündəricatı

Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Tərcümə etdi: Əlixan Musayev. "Ruvvad" tərcümə mərkəzi rəhbərliyi altında redaktə edilmişdir. Tərcüməyə rəy bildirmək, onu qiymətləndirmək və davamlı inkişaf etdirmək üçün əslinə də nəzər salmaq mümkündür.

Bağlamaq