Traducción de los significados del Sagrado Corán - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de traducciones


Traducción de significados Versículo: (90) Capítulo: Sura Yusef
قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
Onlar bunu eşitdikdə özlərini itirdilər və çaşqınlıq içində qalıb belə dedilər: "Sən Yusifsən?" Yusif onlara dedi: "Bəli, mən Yu­sifəm, yanımda gördüyünüz bu oğlanda mənim doğma qar­da­şımdır. Uca Allah bizə düşdüyümüz çətinlikdən qurtarmaqla və qədir-qiymətimizi ucaltmaqla mərhəmət etdi. Kim Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinməklə Ondan qorxsa və müsibətlərə səbir et­sə, bilsinki, artıq o, yaxşı iş görmüşdür. Allah yaxşı iş gö­rənlərin mü­kafatını əsla puç etməz, əksinə onlar üçün qoruyub saxlayar!"
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• عظم معرفة يعقوب عليه السلام بالله حيث لم يتغير حسن ظنه رغم توالي المصائب ومرور السنين.
• Yuxarıda qeyd edilən ayələrdə Yaqubun – aleyhissəlam – uca Allah barədə elminin böyüklüyü bəyan edilmişdir. Çünki o, müsibətlərin ona ardı-ardınca gəlməsinə və bunun üzərindən illərin keçməsinə rəğmən, Allah barədə olan gözəl zənnini dəyişməmişdir.

• من خلق المعتذر الصادق أن يطلب التوبة من الله، ويعترف على نفسه ويطلب الصفح ممن تضرر منه.
• Sözün həqiqi mənasında xətasını anlayıb üzür istəyən kimsənin gözəl əxlaqından biri də, onun Allaha tövbə etməsi, etdiyi xətanı etiraf edib ona əziyyət verən kimsəni bağışlamasıdır.

• بالتقوى والصبر تنال أعظم الدرجات في الدنيا وفي الآخرة.
• Dünya və axirətdə ən yüksək məqamlara yalnız təqva və səbir ilə nail olunur.

• قبول اعتذار المسيء وترك الانتقام، خاصة عند التمكن منه، وترك تأنيبه على ما سلف منه.
• Pislik edən kimsənin üzrünü qəbul etmək, xüsusən də, ondan intiqam almağa imkan olduğu bir halda, onu bağışlayıb, keçmişdə etdiyi əməllərə görə onu məzəmmət etməmək.

 
Traducción de significados Versículo: (90) Capítulo: Sura Yusef
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de traducciones

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Cerrar