Traducción de los significados del Sagrado Corán - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de traducciones


Traducción de significados Versículo: (4) Capítulo: Sura At-Talaaq
وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا
Heyzdən kəsilmiş yaşlı qadınlarınızı boşadıqda onların iddəsi barədə şəkk edirsinizsə, onların, gözləmə müddəti üç aydır. Həmçinin, yaşları az olduğuna görə hələ heyz görməmiş qızların gözləmə müddəti də üç aydır. Boşanmış və ya ərləri ölmüş hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun işlərini və hər bir çətinliyini asanlaşdırar.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• خطاب النبي صلى الله عليه وسلم خطاب لأمته ما لم تثبت له الخصوصية.
Peyğəmbərə (səllallahu aleyhi və səlləmə) edilən xitabın xüsusilə onun özünə aid olunduğuna dair dəlil varid olmadıqca, bu xitab onun bütün ümmətinə də aid edilir.

• وجوب السكنى والنفقة للمطلقة الرجعية.
Qadına rici talaq verdikdə onun qalacağı yeri və digər xərclərini (yemək-içmək, geyim və s.) təmin etmək vacibdir.

• النَّدْب إلى الإشهاد حسمًا لمادة الخلاف.
Sonradan ixtilaf düşməsin deyə əvvəlcədən şahidlik etməyin müstəhəb sayılması.

• كثرة فوائد التقوى وعظمها.
Allahdan qorxmağın insana çox fayda verməsi və onun əzəmətli bir iş olması.

 
Traducción de significados Versículo: (4) Capítulo: Sura At-Talaaq
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de traducciones

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Cerrar