ترجمهٔ معانی قرآن کریم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (42) سوره: سوره فاطر
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا
Haqqı yalan sayan o kafirlər möh­kəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir pey­ğəm­bər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الكفر سبب لمقت الله، وطريق للخسارة والشقاء.
Küfr etmək Allahın qəzəblənməsi, habelə, ziyana uğramağa və bədbəxt olmağa gətirib çıxaran səbəbdir.

• المشركون لا دليل لهم على شركهم من عقل ولا نقل.
Müşriklərin Allaha qoşduqları şəriklərə dair nə əqli, nə də nəqli dəlili var.

• تدمير الظالم في تدبيره عاجلًا أو آجلًا.
Zalımın tez, yaxud gec həlak edilməsi onun qurduğu hiyləsindən aslıdır.

 
ترجمهٔ معانی آیه: (42) سوره: سوره فاطر
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن