Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم * - لیست ترجمه ها


ترجمهٔ معانی سوره: مرسلات   آیه:
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ
Ey insanlar! Məgər Biz sizi dəyərsiz bir damla sudan - nütfədən xəlq etmədikmi?!
تفسیرهای عربی:
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ
Biz o dəyərsiz nütfəni möhkəm bir yerdə - ana bətnində yerləşdirdik.
تفسیرهای عربی:
إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ
Məlum bir vaxta qədər - hamiləlik dövrünün sonunadək.
تفسیرهای عربی:
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ
Biz ana bətnində olan körpənin biçimini, qədd-qamətini, rəngini və s. yaratmağa qüdrətimiz çatdı. Bütün bunları yaratmaq üçün nə gözəl qadir olanlarıq Biz!
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Allahın qüdrətini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا
Məgər Biz yeri insanların hamısını özündə cəm edən yer etmədikmi?!
تفسیرهای عربی:
أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا
Diriləri üçün məskunlaşma və məişət qurma yeri, ölüləri üçün isə dəfn edilmə yeri etmədikmi?!
تفسیرهای عربی:
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا
Ey insanlar! Yer üzü lərzəyə gəlib tərpənməsin deyə sizin üçün orada möhkəm dayanan tərpənməz uca dağlar yaratdıq və sizə şirin su içirtdik. Bunları yaradan Allah sizi diriltməyə aciz deyildir.
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Allahın verdiyi nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Peyğəmbərlərinin gətirdiyi risaləti yalan sayanlara belə deyiləcək: "Ey yalançılar! Gedin yalan saydığınız əzabın içinə!
تفسیرهای عربی:
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ
Gedin, tüstüdən əmələ gəlmiş üç qola ayrılan kölgəliyə!
تفسیرهای عربی:
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ
Orada nə kölgəliklərin sərinliyin var, nə də o kölgəliklər sizi Cəhənnəm alovundan və onun isitisindən qoruyar.
تفسیرهای عربی:
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ
Həqiqətən, Cəhənnəm hər biri hündür bir imarət böyüklüyündə qığılcımlar püskürür.
تفسیرهای عربی:
كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ
O püskürən qığılcımlar rənginin qaralığında və böyüklüyündə sanki qara dəvə sürükləridir.
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Allahın əzabını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ
Bu, onların danışa bilməyəcəkləri bir gündür.
تفسیرهای عربی:
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ
Onlara etdikləri küfrə və pis əməllərə görə üzür gətirməyə izin verilməyəcək ki, üzür gətirsinlər.
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün barəsində varid olan xəbərləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ
Bu, yaradılanlar arasında ayırd etmə günüdür. Biz bu gün həm sizi, həm də əvvəlki ümmətləri bir yerə cəm etdik!
تفسیرهای عربی:
فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ
Əgər Allahın əzabından qurtulmaq üçün qura biləcəyiniz hiyləniz varsa, Mənə qarşı işlədin görək!
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Ayırd etmə gününü yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ
Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə Ondan qorxan kimslər, Cənnətdəki yaşıl ağaclarının kölgəliklərində və şirin suyu olan axar çeşmələr başında,
تفسیرهای عربی:
وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ
Və yemək istədikləri meyvələr içində olacaqlar.
تفسیرهای عربی:
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
Onlara deyiləcək: "Dünyada ikən saleh əməllər etdiyinizə görə, təmiz yeməklərdən və zərərsiz şərablardan nuşcanlıqla yeyin-için!
تفسیرهای عربی:
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Həqiqətən də, Biz yaxşı əməl sahiblərini, sizi mükafatlandırdığımız kimi mükafatlandırırıq!"
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Allahın müttəqilər üçün hazırladğı nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ
Haqqı yalan sayanlara deyiləcək: "Dünyada ikən həyatın ləzzətlərindən az müddət zövq alın! Həqiqətən də, siz Allaha qarşı küfr etdiyinizə və Onun elçilərini yalançı saydığınıza görə günahkarlarsınız!
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Din günü cəzalandırılacaqlarını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ
Haqqı yalan sayan o kəslərə: "Allah üçün namaz qılın!" – deyildikdə, onlar namaz qılmazlar.
تفسیرهای عربی:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Peyğəmbərlərin Allah qatından gətirdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
تفسیرهای عربی:
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
Onlar Rəbbi tərəfindən nazil edilmiş bu Qurana inanmayandan sonra başqa hansı sözə inanacaqlar?!
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• رعاية الله للإنسان في بطن أمه.
İnsan ana bətnində olduqda belə Allahın onun qeydinə qalması.

• اتساع الأرض لمن عليها من الأحياء، ولمن فيها من الأموات.
Yerin, həm üstündəki dirilər üçün, həm də altındakı ölülər üçün geniş olması.

• خطورة التكذيب بآيات الله والوعيد الشديد لمن فعل ذلك.
Allahın ayələrini yalan saymağın təhlükəsi və bunu edən kimsənin ciddi şəkildə təhdid olunması.

 
ترجمهٔ معانی سوره: مرسلات
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم - لیست ترجمه ها

مرکز تفسیر و پژوهش‌های قرآنی آن را منتشر كرده است.

بستن