Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذربایجانی - على خان موسایف * - لیست ترجمه ها

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ترجمهٔ معانی سوره: مریم   آیه:
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ
Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.
تفسیرهای عربی:
إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ
Şübhəsiz ki, yerə və onun üzərində olan hər şeyə təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.
تفسیرهای عربی:
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا
Kitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
تفسیرهای عربی:
إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا
Bir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?
تفسیرهای عربی:
يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا
Atacan! Sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim.
تفسیرهای عربی:
يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا
Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu.
تفسیرهای عربی:
يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا
Atacan! Rəhmandan sənə bir əzab toxunub və beləcə, şeytana yoldaş olmandan qorxuram”.
تفسیرهای عربی:
قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا
(Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
تفسیرهای عربی:
قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا
(İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
تفسیرهای عربی:
وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا
Mən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
تفسیرهای عربی:
فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا
İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
تفسیرهای عربی:
وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا
Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.
تفسیرهای عربی:
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا
Kitabda (Quranda) Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
تفسیرهای عربی:
 
ترجمهٔ معانی سوره: مریم
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذربایجانی - على خان موسایف - لیست ترجمه ها

مترجم: علی خان موسایف. تحت نظارت مرکز ترجمه‌ى رواد توسعه یافته است، و ترجمه‌ى اصلى آن برای ارائه‌ى راى، ارزیابی و توسعه‌ى مستمر در دسترس می‌باشد.

بستن