કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (230) સૂરહ: અલ્ બકરહ
فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعۡدُ حَتَّىٰ تَنكِحَ زَوۡجًا غَيۡرَهُۥۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِۗ وَتِلۡكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوۡمٖ يَعۡلَمُونَ
Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın, birinci ərinə halal olmaq məqsəd ilə deyil, əksinə, öz istəyi ilə düzgün nikah kəsildikdən sonra, başqa bir kişiyə ərə gedib və ikinci əri onunla cinsi əlaqədə olmayınca birinci ərinə halal olmaz. Əgər ikinci əri onu boşasa, yaxud vəfat etsə, hər birinin üzərinə vacib olan şəri hökmləri yerinə yetirəcəklərini zənn etdikləri təqdirdə nikah kəsib və qadının mehrini verib, yenidən evlənmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar şəri hökmlərdir, Allah bunları, Onun hökmlərini və hüdudlarını anlayan insanlar üçün bəyan edir. Çünki bu hökmlərdən bəhrələnən məhz insanlardır.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• بيَّن الله تعالى أحكام النكاح والطلاق بيانًا شاملًا حتى يعرف الناس حدود الحلال والحرام فلا يتجاوزونها.
• Uca Allah, insanarın halal və haram hüdudlarını bilmələri və bu hüdudları aşmamaları üçün, nikah və talaq hökmlərini açıq-aydın bəyan etmişdir.

• عظَّم الله شأن النكاح وحرم التلاعب فيه بالألفاظ فجعلها ملزمة، وألغى التلاعب بكثرة الطلاق والرجعة فجعل لها حدًّا بطلقتين رجعيتين ثم تحرم عليه إلا أن تنكح زوجا غيره ثم يطلقها، أو يموت عنها.
• Allah nikah məsuliyyətini əzəmətli etmiş, nikah barədə söz ilə zarafat etməyi isə haram etmişdir. Hər kim nikah sözü ilə ciddi və zarafat edərsə, o kimsəyə sözün həqiqi mahiyyətini vacib etmişir. Allah çox sayda talaq verib sonra yenidən qaytarmağı ləğv etmiş və bunu yalnız iki talaq və iki qaytarmaq olmaqla son hədd qoymuşdur, bundan sonra isə qadın başqasına ərə gedib boşanmayınca kişiyə ölənə qədər həmən qadınla evlənməyi haram etmişdir.

• المعاشرة الزوجية تكون بالمعروف، فإن تعذر ذلك فلا بأس من الطلاق، ولا حرج على أحد الزوجين أن يطلبه.
• Ailə həyatı xoş münasibət üzərində qurulur. Əgər ailədə xoş münasibət itərsə, boşanmaq caizdir və bu zaman ər-arvadın hər hansı birinin talaq tələb etməsində günah yoxdur.

 
શબ્દોનું ભાષાંતર આયત: (230) સૂરહ: અલ્ બકરહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ભાષાંતરોની અનુક્રમણિકા

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

બંધ કરો