Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મઆરિજ   આયત:

əl-Məaric

સૂરતના હેતુઓ માંથી:
بيان حال وجزاء الخلق يوم القيامة.
Məxluqatın Qiyamət günü olacaq halı və onlara veriləcək mükafatın və ya cəzanın bəyan edilməsi.

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ
Müşriklərdən birisi istehza edərək, əgər əzab varsa, həm özünə, həm də öz qövmünə o əzabın gəlməsini dilədi. Onun dilədiyi əzab qiyamət günü mütləq gələcəkdir.
અરબી તફસીરો:
لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ
Uca Allahın kafirlərə göndərdiyi bu əzabın heç kimsə qarşısını ala bilməz.
અરબી તફસીરો:
مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ
O əzab, dərəcələr, fəzilətlər və nemətlər sahibi olan Uca Allah tərəfindəndir.
અરબી તફસીરો:
تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ
Mələklər və Cəbrail o dərəcələrə sayı əlli min ilə bərabər olan uzun bir gün ərzində - Qiyamət günündə qalxarlar.
અરબી તફસીરો:
فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا
Ey Peyğəmbər! Sən narahatlıq keçirmədən və şikayət etmədən səbir et!
અરબી તફસીરો:
إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا
Doğrusu, kafirlər o əzabın uzaq olduğunu və onun baş verəcəyinin qeyri-mümkün olduğunu güman edirlər.
અરબી તફસીરો:
وَنَرَىٰهُ قَرِيبٗا
Biz Biz isə onun yaxın olduğunu və hökmən gələcəyini görürük.
અરબી તફસીરો:
يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ
O gün göy əridilmiş mis, qızıl və s. buna oxşar mədənlər kimi olacaqdır.
અરબી તફસીરો:
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ
Dağlar da yun kimi yüngül olacaqdır.
અરબી તફસીરો:
وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا
Dost dostun halını xəbər almayacaqdır. Çünki hər kəsin başı özünə qarışacaqdır.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• تنزيه القرآن عن الشعر والكهانة.
Quranın şeir və ya kahin sözü olmaması.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
Uca Allah adından söz uydurmağın və Ona iftira yaxmağın təhlükəli olması.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
Gözəl səbir, müsibətə səbir edib Allahdan onun savabını ummaq və başqasına gileylənməməkdir.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મઆરિજ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો