Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મુદષષિર   આયત:
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
Qiyamət günü mələklərdən, peyğəmbərlərdən və əməlisaleh insanlardan şəfaət edənlərin vasitəçiliyi kafirlərə fayda verməz. Çünki şəfaətçiliyin qəbul edilməsinin şərtlərindən biridə, Allahın şəfəat ediləcək kimsədən razı qalmasıdır.
અરબી તફસીરો:
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
O müşriklərə nə olub ki, Qurandan üz çevirirlər?
અરબી તફસીરો:
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Onlar Qurandan üz çevirməkdə və ondan qaçmaqda sanki bərk qaçan vəhşi uzunqulaqlardır.
અરબી તફસીરો:
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Aslandan qorxub qaçırlar.
અરબી તફસીરો:
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Əksinə, o müşriklərdən hər biri istəyir ki, səhər oyandıqda başının üstə qoyulmuş bir kitab olsun və o kitab Muhəmmədin (səllallahu aleyhi və səlləm) Allah tərəfin göndərilmiş bir rəsul olduğunu xəbər versin. Bunun səbəbi sübutların az olması və ya dəlillərin zəif olması deyil, sadəcə bu, inadkarlıq və təkəbbürlükdür.
અરબી તફસીરો:
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Bu iş heç də belə deyil, əksinə, onların öz azğınlıqlarında davam etməsinin səbəbi budur ki, onlar axirətdə veriləcək əzaba inanmırlar və buna görə də küfür əməllərində davam edirlər .
અરબી તફસીરો:
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Heç şübhəsiz ki, bu Quran bir öyüd-nəsihət və bir xatırlatmadır.
અરબી તફસીરો:
فَمَن شَآءَ ذَكَرَهُۥ
Kim Quranı oxuyub ondan öyüd-nəsihət götürmək istəsə, onu oxuyub öyüd-nəsihət götürər.
અરબી તફસીરો:
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
Allah istəmədikcə onlar öyüd-nəsihət alıb xatırlaya bilməzlər. Əmrlərinə tabe olmaqla, qadağan etdiklərindən uzaq durmaqla qorxub çəkinməyə layiq olan da, tövbə edən qullarının günahlarını bağışlamağa qadir olan da Odur.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) Qurandan özünə vəhy ediləni əzbərləməyə həris olması və Uca Allahın onu Rəsulullahın (səllallahu aleyhi və səlləm) qəlbində və hafizəsində, ondan heç bir şey untmayacağı kamil bir şəkildə cəm edəcəyini öhdəsinə götürməsi.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મુદષષિર
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો