Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Al'shu'araa   Aya:
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
Musa - aleyhissəlam - günahını etiraf edərək Firona belə dedi: "Mən onu cahillik vaxtımda və mənə vəhy nazil edilməzdən (peyğəmbərlik bəxş edilməmişdən) öncə öldürmüşəm.
Tafsiran larabci:
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ
Mən o qibtini öldürdükdən sonra onu öldürdüyümə görə məni cəzalandıraraq öldürmənizdən qorxduğum üçün Mədyən şəhərinə qaçıbım. Am­ma son­ra­dan Rəbbim mə­nə elm verdi və məni insanlara göndərdiyi el­çi­lər­dən et­di.
Tafsiran larabci:
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
İsrail oğullarını kölə etdiyin bir halda, məni öz yanında saxlayıb, tərbiyə edib, böyüdərək mənə etdiyin yaxşılıq danılmaz bir həqiqətdir. Amma bu, heç də, mənim səni aləmlərin Rəbbi olan Allaha iman gətirməyə dəvət etməyə mane ola bilməz".
Tafsiran larabci:
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ
Firon Musaya - aleyhissəlam - dedi: "Elçisi olduğunu iddia etdiyin bütün yaradılmışların Rəbbi nə­dir?"
Tafsiran larabci:
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
Musa - aleyhissəlam - Firona cavab verərək belə dedi: "Bütün yaradılmışların Rəbbi, göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbi olan Uca Allahdır. Əgər siz Onun bütün yaradılmışların Rəbbi olduğuna yəqinliklə inanacaqsınızsa, o zaman tək Ona ibadət edin!"
Tafsiran larabci:
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq belə dedi: "Məğər siz Musanın nə danışdığını və iddia etdiyi yalanı eşit­mir­si­niz­mi?" (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)
Tafsiran larabci:
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Musa belə dedi: "Allah həm sizin Rəbbinizdir, həm də ki, keçmiş ata-babalarınızın Rəbbidir!"
Tafsiran larabci:
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ
Firon belə dedi: "Sizə elçi olaraq göndərildiyini iddia edən bu adam doğurdan da dəli­dir. Çünki ondan bir söz soruşduqda necə cavab verdiyini dətk etmir və ağlına nə gəlirsə onu da danışır!"
Tafsiran larabci:
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
Musa dedi: "Əgər ağlınızı işlədib düşünə bilirsinizsə, bilin ki, Sizi ibadətinə dəvət etdiyim Allah, məşriqin, məğribin və onlar arasında olan bütün məxluqatın Rəbbidir!"
Tafsiran larabci:
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ
Firon Musa ilə etdiyi mücadiləsində aciz qaldıqda və Musaya belə dedi: "Əgər mən­dən baş­qa­ bir ilaha ibadət etsən, mən sə­ni mütləq zindana atılanlardan edəcəm!"
Tafsiran larabci:
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ
Musa - aleyhissalam - Firona dedi: "Bəs mənim doğruluğuma və sənə gətirdiyimin uca Allah tərəfindən olduğuna dəlalət edən açıq-aşkar birmöcüzə gətirmiş olsam yenədəmi məni zindana atacaqsan?
Tafsiran larabci:
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Firon dedi: "Əgər iddia etdiyində doğru danı­şan­lardansansa, elə isə doğruluğuna dəlalət şeyləri haydı gətir baxaq!"
Tafsiran larabci:
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ
Firon bunu deyən kimi Musa əsasını yerə atdı və o, dərhal insanların gözü qarşısında açıq-aşkar görünən bir ilana çevrildi.
Tafsiran larabci:
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ
Musa əlini qoltuğuna saldıqda əli ağ deyildi. Amma əlini qoltuğundan çıxardıqda əlini insanların gözü qarşısında nurlu, heç bir lə­kə­siz, ağappaq bir halda çıxardı və insanlarda buna şahid oldular.
Tafsiran larabci:
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq dedi: "Bu adam,sehri yaxış bilən bir sehr­bazdır!
Tafsiran larabci:
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ
O, etdiyi bu sehrlə sizi Misirdən çıxartmaq istəyir! Elə isə onun barədə qərarınız nədir?"
Tafsiran larabci:
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
Onlar belə dedilər: "Musaya və qardaşı Haruna bir az möhlət ver. Hələ ki, onları cəzalandırmağa tələsmə və Misirdə olan sehribazları toplamaq üçün adamlar göndər ki,
Tafsiran larabci:
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ
Misirdə nə qədər bilikli sehrbaz varsa, onların hamısını toplayıb sənin yanına gətirsinlər!"
Tafsiran larabci:
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ
Beləliklə də, Firon, sehrbazlarını Musa ilə qarşılaşmaları üçün bəlli bir gündə əvəllcədən təyin edilmiş bir bir məkana topladı.
Tafsiran larabci:
وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ
İnsanlara belə deyildi: "Siz, Musanın yoxsa sehrbazların qalib gələcəyini görmək üçün toplanacaqsınızmı?
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أخطاء الداعية السابقة والنعم التي عليه لا تعني عدم دعوته لمن أخطأ بحقه أو أنعم عليه.
• Dəvətçi kimsənin keçmişdə etdiyi xətaları və insanlar tərəfindən ona edilən xeyirxahlıqlar, haqqında yalnışlığa yol verdiyi və həmçinin ona xeyirxahlıq edən kimsələrə haqqı dəvət etməsinə əngəl ola bilməz.

• اتخاذ الأسباب للحماية من العدو لا ينافي الإيمان والتوكل على الله.
• Düşməndən qorunmaq üçün səbəblərdən yapışmaq, imana və Allaha təvəkkül etməyə müxalif deyil.

• دلالة مخلوقات الله على ربوبيته ووحدانيته.
• Uca Allahın yaratdıqları Onun rübubiyyətinə və vəhdaniyyətinə dəlildir.

• ضعف الحجة سبب من أسباب ممارسة العنف.
• Münaqişə zamanı insanın gətirdiyi dəlillərin zəyif olması, onun münaqişə əsnasında şiddətə əl atmasının səbəblərindəndir.

• إثارة العامة ضد أهل الدين أسلوب الطغاة.
• Toplumu haqq və din əhlinə qarşı qaldırmaq zalim başçıların üslubudur.

 
Fassarar Ma'anoni Sura: Al'shu'araa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa