Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Al'shu'araa   Aya:
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
Məndən sonra gələcək nəsillər arasında məni, hörmətlə yad edilənlərdən və xoş bir şəkildə təriflənənlərdən et!
Tafsiran larabci:
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ
Məni, Cənnətdə yüksən məqamlara varis olub, oradakı nemətlərdən bəhrələnən və orada sakin olan mömin qullarından et!
Tafsiran larabci:
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ
Atamı da bağışla! Çünki o, şirk səbəbi ilə azğınlıq içində olanlardandır. İbrahimin atası üçün dua etməsi, onun Cəhənnəm əhlindən olduğunu bilməsindən öncə idi. Atasının müşriklərdən olduğu ona bəyan olduqdan sonra ondan uzaq durdu və onun üçün bir daha Allaha dua etmədi.
Tafsiran larabci:
وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ
İnsanların hesab üçün yenidən dirildiləcəyi gün məni əzabla rüsvay etmə!
Tafsiran larabci:
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ
O gün, insanın dünyada ikən topladığı nə var-dövlət, nə də ki, onlara yardım etdikləri oğul-uşaqları özlərinə bir fayda ver­ər!
Tafsiran larabci:
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ
Ancaq: şirkdən, nifaqdan, riyadan və kibirdən uzaq olan, sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa. Məhz Qiyamət günü belə kimsələr Allah yolunda xərclədiyi var-dövlətin və onun üçün dua etdiyi oğul-uşağın faydasını görəcəkdir.
Tafsiran larabci:
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ
O gün Cənnət, Allahın əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən müttəqillər üçün yaxınlaşdırılacaqdır.
Tafsiran larabci:
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ
Haqq dindən azan ağınlara Cəhənnəm elə məhşərdə ikən açıq-aydın göstəri­lər.
Tafsiran larabci:
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ
Sonra da onlara məzəmmət edilərək belə deyilə­cəkdir: "Allahdan başqa ibadət etdikləriniz bütlər haradadır–
Tafsiran larabci:
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ
Allahdan başqa ibadət etdikləriniz? Onlar sizi Allahın əzabından qoruyaraq sizə bir kö­mək edə bilərlər­mi ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?"
Tafsiran larabci:
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ
Onlar (müşriklər) və onları azdıranlarla hamısı bir yerdə, üst-üstə Cəhən­nə­mə atılarlar.
Tafsiran larabci:
وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ
İblisin şeytanlardan olan bütün yardımçıları da heç bir istisna olmadan hamısı Cəhənnəmə atılarlar.
Tafsiran larabci:
قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ
Allahdan başqasına ibadət edib, bütləri özlərinə ilahlar qərar verən müşriklər, Allahdan başqa ibadət etdikləri bütlərlə Cəhənnəmdə höcətləşə­rək onlara belə deyər­lər:
Tafsiran larabci:
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
"Allaha and olsun ki, biz haqq yoldan açıq-ay­dın azğınlıq içində idik –
Tafsiran larabci:
إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Çünki o vaxt biz sizi bütün yaradılmışların Rəb­binə tay tutmuşduq. Ona ibadət etdiyimiz kimi sizə də ibadət edirdik.
Tafsiran larabci:
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ
Bizi haqq yoldan ancaq, Allahı buraxıb onlara ibadət etməyə çağıran günahkarlar azdırdı.
Tafsiran larabci:
فَمَا لَنَا مِن شَٰفِعِينَ
İndi isə Allah yanında bizi Onun əzabından xilas edəcək şə­fa­ət­çi­ləri­miz də yoxdur.
Tafsiran larabci:
وَلَا صَدِيقٍ حَمِيمٖ
Nə də ki, bizi müdafiə edib, bizə şəfaətçi olan səmimi bir dos­tu­muz yoxdur!
Tafsiran larabci:
فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
Kaş ki, bizə bir daha dünya həyatına geri dönməyə izin verilsəydi, o zaman biz mütləq Allaha iman edən möminlərdən olar­dıq!"
Tafsiran larabci:
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
Tafsiran larabci:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
Tafsiran larabci:
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ
Nuhun qövmü, Nuhu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.
Tafsiran larabci:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ
Nəsəb baxımından qardaşları olan Nuh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!
Tafsiran larabci:
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə vəhy etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm.
Tafsiran larabci:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.
Tafsiran larabci:
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
Tafsiran larabci:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.
Tafsiran larabci:
۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ
Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!"
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
• Qəlbin: həsəd, riya və təkəbbürlük kimi xəstəliklərdən salamat olmasının əhəmiyyəti.

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
• Azğınlığa düşmüş kimsələrin bütün məsuliyyəti onları azğınlığa sürükləyən kimsələrin böynuna atması azğınlığa düşən kimsələrə heç bir fayda verməz.

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
• Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir.

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
• İbrahimin hekayəsində qiyamət mövzusu zikir edildikdən sonra gözəl bir üslubda başqa bir mözuya keçib yenidən hekayətin sonuna qayıdılmışdır.

 
Fassarar Ma'anoni Sura: Al'shu'araa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa