Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke bahasa Azeri * - Daftar isi terjemahan


Terjemahan makna Surah: Aż-Żāriyāt   Ayah:
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ
Uca Allah özünəməxsus yolları olan gözəl görünüşlü səmaya! and içir.
Tafsir berbahasa Arab:
إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ
Ey Məkkə əhli! Sizin sözləriniz bir-birinə müxalif və ziddiy­yət­li­dir. Belə ki, siz bəzən Quranın sehr olduğunu, bəzən də onun şeir olduğunu deyirsiniz. Həmçinin, bəzən Muhəmmədin sehrbaz olduğunu, bəzən də onun şair olduğunu deyirsiniz.
Tafsir berbahasa Arab:
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ
Qurana və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) iman gətirməkdən üz döndərən kimsə, Allahın əzəli elminə əsasən bundan dön­də­ri­lər. Belə ki, bu əzəli elmə görə o, nə iman gətirər, nə də hidayətə müvəffəq olar.
Tafsir berbahasa Arab:
قُتِلَ ٱلۡخَرَّٰصُونَ
Lənət olsun haqqı yalan sayan o kimsələrə ki, onlar Quran və Allahın Peyğəmbərləri barədə yalan danışmışlar.
Tafsir berbahasa Arab:
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ
O kəslər ki, cəhalət içində olub axirət yurdundan qafildirlər və buna heç əhəmiyyət vermirlər.
Tafsir berbahasa Arab:
يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ
Onlar: "Haqq-hesab günü nə vaxt olacaq?"- deyə soruşurlar. Halbuki özləri həmin gün üçün bir iş görmürlər.
Tafsir berbahasa Arab:
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ
Allah onların sualına belə cavab verir: "O gün onlara odda əzab veriləcəkdir".
Tafsir berbahasa Arab:
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
Onlara deyiləcək: “Dadın əzabınızı! Sizə xəbərdarlıq edilərkən sizin istehza edərək tez-tələsik gəlməsini istədiyiniz əzab budur!”
Tafsir berbahasa Arab:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr qiyamət günü bağlar və axar çeşmələr başında olacaqlar.
Tafsir berbahasa Arab:
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ
Rəbbinin onlara ver­di­yi gözəl mükafatı ala­caqlar. Həqiqətən, on­lar bu gözəl mükafatdan əvvəl dünyada yaxşı iş gö­rən kimsələr olmuşdular.
Tafsir berbahasa Arab:
كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ
Onlar gecələr namaz qılıb az bir vaxt ya­tır­dı­lar.
Tafsir berbahasa Arab:
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ
Onlar sübh çağı öz günahlarına görə Allahdan bağış­lan­ma diləyirdilər.
Tafsir berbahasa Arab:
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
Onların mal-dövlətində insanlardan di­lənən və bir də dilənməyən, ruzidən məhrum olmuş kasıba könüllü veriləcək payı var idi­.
Tafsir berbahasa Arab:
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ
Allahın xaliq və surət verən olduğuna qəti inananlar üçün yer üzündə və Allahın ora yerləşdirdiyi dağlarda, dənizlərdə, çaylarda, ağaclarda, bitkilərdə və heyvanlarda Allahın qüdrətinə dəlalət edən dəlillər vardır.
Tafsir berbahasa Arab:
وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ
Ey insanlar! Sizin özünüzdə də, Allahın qüdrətinə dəlalət edən dəlil­lər vardır. Məgər görüb ibrət amırsınız?!
Tafsir berbahasa Arab:
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ
Sizin dünyavi və dini ruziniz, habelə, sizə vəd olunan hər bir xeyir və şər göydədir.
Tafsir berbahasa Arab:
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
Göyün və yerin Rəbbinə and ol­sun ki, dirilmə, sizin danışma­ğa qüdrətiniz olduğu ki­mi, içində heç bir şəkk olmayan həqiqətdir.
Tafsir berbahasa Arab:
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ
Ey Peyğəmbər! İbrahimin -Aleyhissəlam- ehtiram göstərdiyi mələklərdən ibarət hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatdı­mı?
Tafsir berbahasa Arab:
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ
Onlar İbrahimin yanına daxil olduqları zaman dedilər: “Sənə salam olsun!” İbrahim də onlara belə cavab verdi: “Sizə də salam ol­sun!" Sonra o öz-özünə: "Bunlar tanımadığımız adamlardır!” – dedi.
Tafsir berbahasa Arab:
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ
O, təşviş içində ailəsinin yanına getdi və onları insan sanıb onlar üçün kök bir buzov gətirdi.
Tafsir berbahasa Arab:
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ
O, buzovu onların qabağına qoyub mülayim səslə: “Sizin üçün hazırlanan bu yeməkdən yemirsinizmi?” – dedi.
Tafsir berbahasa Arab:
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ
İbrahim, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. Onlar İbrahimin əndişə etdiyini görüb onu arxayın edərək dedilər: “Qorx­ma! Biz Allahın göndərdiyi elçilərik” – de­dilər və ona çox elmli bir oğlan övladı olacağı ilə müj­də ver­dilər. Müjdə verilən uşaq İshaq (aleyhissəlam) idi.
Tafsir berbahasa Arab:
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ
Zövcəsi bu müjdəni eşitdikdə sevincindən qışqırıb üz-gö­zü­nə vurdu və təəccüblə dedi: “Qoca qarı­, əslində sonsuz olan birisi doğacaqmı?!”
Tafsir berbahasa Arab:
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
Mələklər ona dedilər: “Bizim sənə verdiyimiz müjdəni sənin Rəbbin demişdir və Onun dediyinin qarşısını heç kəs ala bilməz. Həqiqətən, O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir, üstəlik, yaratdıqlarını və nəyin onlara xeyirli olduğunu Biləndir!”
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• إحسان العمل وإخلاصه لله سبب لدخول الجنة.
Yaxşı iş görmək və onu ixlasla Allah üçün etmək Cənnətə daxil olmaq üçün səbəbdir.

• فضل قيام الليل وأنه من أفضل القربات.
Gecə namazının fəziləti və onun ən əfzəl ibadətlərdən sayılması.

• من آداب الضيافة: رد التحية بأحسن منها، وتحضير المائدة خفية، والاستعداد للضيوف قبل نزولهم، وعدم استثناء شيء من المائدة، والإشراف على تحضيرها، والإسراع بها، وتقريبها للضيوف، وخطابهم برفق.
Qonaq qəbul etmək ədəbləri belədir: Salamı daha gözəl tərzdə almaq, qonaq üçün süfrə açmaq, qonaqlar gəlməmişdən əvvəl onlar üçün hazırlıq görmək, süfrədən heç bir şey əksiltməmək, süfrənin açılmasına nəzarət etmək, yeməyi gecikdirməmək, onu qonaqların qabağına qoymaq və onlara mülayim şəkildə müraciət etmək.

 
Terjemahan makna Surah: Aż-Żāriyāt
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke bahasa Azeri - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup