Traduzione dei Significati del Sacro Corano - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (31) Sura: Yûsuf
فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ
Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yu­sifə: "Haydı onların qar­şısına çıx!" – dedi. Qa­dınlar Yusifi gör­dükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əl­lərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hör­mətli mələklərdən olan bir mə­lək­dir!" – dedilər.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
• Yusifin - aleyhissəlam - qadınları məftun edəcək dərəcədə yaraşığlı olduğunun bəyanı.

• إيثار يوسف عليه السلام السجن على معصية الله.
• Yusifin - aleyhissəlam - zindanada qalmasını, Allaha asi olmaqdan üstün görməsi.

• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
• Allah, Yusifə - aleyhissəlam - yuxu yozumunu öyrətməsi və onun bu səbəbdən zindandan xilas olması, Uca Allahın ona qarşı olan lütfündəndir.

 
Traduzione dei significati Versetto: (31) Sura: Yûsuf
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Indice Traduzioni

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Chiudi