Traduzione dei Significati del Sacro Corano - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (78) Sura: Ghâfir
وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ
Ey Peyğəmbər, Biz səndən əvvəl də ümmətlərə bir çox elçi­lər göndərmişdik. Onlar peyğəmbərləri yalançı saymış və onlara əziyyət vermişdilər, peyğəmbərlər isə onları yalançı saymalarına və onların əziyyətlərinə səbir etmişdilər. Biz o peyğəmbərlərdən bəziləri haq­qında sənə xəbər vermiş, bəziləri haqqında isə xəbər verməmişik. Heç bir elçi pak və müqəddəs Allahın istəyi olmadan öz qövmünə Rəbbindən bir ayə (dəlil) gə­tirə bilməzdi. Odur ki, kafirlərin öz peyğəmbərlərindən ümmətlərinə ayə gətirmələrini tələb etməsi zülm sayılır. Alla­hın zəfər xüsusunda olan əmri və ya peyğəmbərlərlə onların qövmləri arasında veriləcək hökm vaxtı gəldikdə, əda­lətlə hökm veri­lər, sonra da, kafirlər həlak olar, peyğəmbərlər isə nicat taparlar. Beləliklə, insanlar arasında ədalətlə hökm veriləcək o məqamda, batil əhli öz küfrlərindən dolayı özlərini məhvə sürükləməklə ziyana uğrayacaqlar.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• لله رسل غير الذين ذكرهم الله في القرآن الكريم نؤمن بهم إجمالًا.
Allahın Qurani Kərimdə zikr etmədiyi bir çox elçiləri var ki, biz onlara ümumi çəkildə (adlarını bilmədiyimiz halda belə) iman gətiririk.

• من نعم الله تبيينه الآيات الدالة على توحيده.
Allahın, Öznün tək İlah olduğuna dəlalət edən ayələri bəyan etməsi Onun nemətlərindəndir.

• خطر الفرح بالباطل وسوء عاقبته على صاحبه.
Bati ilə sevinməyin təhlükəsi və bunun sahibi üçün pis nəticə verməsi.

• بطلان الإيمان عند معاينة العذاب المهلك.
Həlakedici əzabı gördükdə iman gətirməyin faydasız olması.

 
Traduzione dei significati Versetto: (78) Sura: Ghâfir
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Indice Traduzioni

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Chiudi