Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Sura: Adh-Dhâriyât   Versetto:

əz-Zariyat

Alcuni scopi di questa Sura comprendono:
تعريف الجن والإنس بأن مصدر رزقهم من الله وحده؛ ليخلصوا له العبادة.
Cinlər və insanlar ixlasla Allaha ibadət etsinlər deyə, onlara verilən ruzinin yalnız Allah tərəfindən olduğunu onlara bildirmək.

وَٱلذَّٰرِيَٰتِ ذَرۡوٗا
Allah, toz-torpağı ət­ra­fa sə­pə­ləyən küləklərə and içir.
Esegesi in lingua araba:
فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا
Uca Allah, həmçinin, yağmur yükü daşıyan­ buludlara and içir.
Esegesi in lingua araba:
فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا
Uca Allah, həmçinin, dənizdə rahatlıqla və asanlıqla üzüb gedən gəmilərə and içir.
Esegesi in lingua araba:
فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا
Uca Allah, həmçinin, Allahın Öz qullarına aid buyurduğu əmrləri paylaşdıran mələklərə and içir.
Esegesi in lingua araba:
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ
Sizə vəd olunan haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma həqiqətdir, bunda heç bir şəkk-şübhə yoxdur.
Esegesi in lingua araba:
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ
Qiyamət günü bəndələrin haqq-hesaba çəkilməsi mütləq baş verəcəkdir, buna heç bir şübhə yoxdur.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
Tarixdə baş vermiş hadisələrdən ibrət almaq dərk edən qəlbə sahib insanların işidir.

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
Allah yalnız Özünün bildiyi hikmətlərə görə kainatı altı günə yaratmışdır. Ola bilsin ki, bunlardan biri, işi tədriclə görmək sünnəsidir.

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
Yəhudilərin Uca Allahı vəsf etmək xüsusunda ədəbsizlik edərək Allahın göyləri və yeri yaratdıqdan sonra yorulduğunu deməsi. Bu, Allaha küfr etməkdir.

 
Traduzione dei significati Sura: Adh-Dhâriyât
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi