Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) * - 対訳の目次


対訳 章: 階段章   節:
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ
Hər bir insan öz yaxınını görəcək və ondan gizli qalmayacaqdır. Bununla yanaşı o qiyamətin dəhştindən heç kəs heç kəsdən bir söz soruşmayacaq. Cəhənnəmlik olan kəs özünü əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz övladlarını,
アラビア語 クルアーン注釈:
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ
Həyat yoldaşını və qardaşını,
アラビア語 クルアーン注釈:
وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ
Ona çətin vaxtlarında dəstək vermiş qohum-əqrəbasını
アラビア語 クルアーン注釈:
وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ
Və yer üzündə olan insanların, cinlərin və digərlərinin hamısını – təki bu fidyə onu xilas etsin, onu Cəhənnəm odundan qurtarsın.
アラビア語 クルアーン注釈:
كَلَّآۖ إِنَّهَا لَظَىٰ
Bu iş heç də bu günahkarln təmənna etdiyi kimi deyildir. Həqiqətən də, o, alovu şölələnən Oddur –
アラビア語 クルアーン注釈:
نَزَّاعَةٗ لِّلشَّوَىٰ
Alovunun və şöləsinin şiddəti ilə başın dərisini sıyırıb çıxaran bir od.
アラビア語 クルアーン注釈:
تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ
O od çağırır haqdan üz çevirəni və ondan üz döndərəni, iman gətirməyib yaxşı iş görməyəni,
アラビア語 クルアーン注釈:
وَجَمَعَ فَأَوۡعَىٰٓ
Və mal-dövlət yığıb, ondan Allah yolunda xərcləməyə xəsislik edəni.
アラビア語 クルアーン注釈:
۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا
Həqiqətən də, insan olduqca kəmhövsələ həris yaradılmışdır.
アラビア語 クルアーン注釈:
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا
Ona bir xəstəlik və ya kasıblıq üz verdikdə hövsələdən çıxar,
アラビア語 クルアーン注釈:
وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا
Könlünü şad edəcək bol məhsul və var-dövlət nəsib olduqda isə ondan Allah yolunda xərcləməyə xəsislik edər.
アラビア語 クルアーン注釈:
إِلَّا ٱلۡمُصَلِّينَ
Yalnız namaz qılanlardan başqa. Onlar bu pis sifətlərdən uzaqdırlar.
アラビア語 クルアーン注釈:
ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ
O kəslər ki, namazlarını davamlı qılırlar, heç bir iş onları namazdan yayındırmır və onu öz vaxtında yerinə yetirirlər.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ
O kəslər ki, onların mallarında müəyyən edilmiş vacib bir haqq vardır.
アラビア語 クルアーン注釈:
لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
Onlar bu haqqı, istəyən kimsəyə və hər hansı bir səbəbə görə həya edib istəmədiyi üçün ruzidən məhrum qalan kimsəyə verirlər.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ
O kəslər ki, qiyamət gününün vaqe olacağını, Allahın hər kəsə layiq olan cəzanı və ya mükafatı verəcəyini təsdiq edirlər.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ
O kəslər ki, özlərinin yaxşı işlər görmələrinə rəğmən, Rəbbinin əzabından qorxurlar.
アラビア語 クルアーン注釈:
إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ
Şübhəsiz ki, sənin Rəbbinin əzabı qorxuludur və ağllı kimsə ondan xilas olacağına arxayın ola bilməz.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
O kəslər ki, ayıb yerlərini qoruyub zinadan uzaq dururlar.
アラビア語 クルアーン注釈:
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
Yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar bu qadınlarla yaxınlıq etdiklərinə görə əsla qınanmazlar.
アラビア語 クルアーン注釈:
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
Həyat yoldaşları və cariyələrdən başqası ilə yaxınlıq etmək istəyənlər isə Allahın həddini aşanlardır.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
O kəslər ki, özəlrinə verilmiş mal-dövlət, sirr və s. bu kimi əmanətləri qoruyur və insanlarla bağladıqları əhdlərini pozmurlar, nə öz əmanətlərinə xəyanət edir, nə də əhdlərinə vəfazıslıq edirlər.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ
O kəslər ki, özlərindən tələb edilən şahidliklərdə ədalətli mövqe tutur. O, etdiyi şahidliyində nə qohumun tərəfini tutur, nə də ədavət apararaq düşmənin əleyhinə haqsız yerə şahidlik edir.
アラビア語 クルアーン注釈:
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ
O kəslər ki, namazlarını qoruyur - onları vaxtlı-vaxtında və lazımi qaydada, dəstəmazlı və rahat halda, başqa bir fikirlə ondan yayınmadan qılırlar.
アラビア語 クルアーン注釈:
أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٖ مُّكۡرَمُونَ
Bu sifətləri özlərində əks etdirən kimsələrə Cənnət bağlarında hörmət göstəriləcək, onlara tükünməz nemətlər bəxş ediləcək və Allahın üzünə baxmaq nəsib olacaqdır.
アラビア語 クルアーン注釈:
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ
Ey Peyğəmbər! Səni yalançı saymağa tələsən qövmünün müşriklərinə nə olub belə?!
アラビア語 クルアーン注釈:
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
Sənin sağından və solundan dəstə-dəstə sənin ətrafına yığışırlar.
アラビア語 クルアーン注釈:
أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ
Yoxsa onların hər biri öz küfründə qaldığı halda, Allahın onu içində əbədi zövq alacağı Nəim cənnətinə daxil edəcəyinə ümid edir?!
アラビア語 クルアーン注釈:
كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ
Bu iş heç də onların təsəvvür etdiyi kimi deyil. Biz onları bildikləri şeydən xəlq etmişik. Biz onları dəyərsiz nütfədən yartmışıq. Onlar özlərinə nə bir xeyir, nə də bir zərər verməyə qadir olmayan zəif məxluq olduqları bir halda, necə təkəbbür edirlər?!
アラビア語 クルアーン注釈:
فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ
Məşriqlərin və məğriblərin, günəşin, ayın və ulduzların Rəbbi olan Uca Allah: "Biz qadirik"- deyə Özünə and içir.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
Cəhənnəmin odunun şiddətli olması. Belə ki, Cəhənnəm əhli ondan xilas olmaq üçün bildikləri dünya vasitələrinin hər birindən istifadə etmək istəyəcəklər.

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
Namaz dünyadakı günahları silib aparan və axirətdə sahibini Cəhənnəm odundan qoruyan ən böyük amillərdəndir.

• الخوف من عذاب الله دافع للعمل الصالح.
Allahın əzabından qorxmaq, insanı yaxşı iş görməyə sövq edən amildir.

 
対訳 章: 階段章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる