ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (38) ជំពូក​: សូរ៉ោះអើររ៉ក់ទ៍
وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ وَجَعَلۡنَا لَهُمۡ أَزۡوَٰجٗا وَذُرِّيَّةٗۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ لِكُلِّ أَجَلٖ كِتَابٞ
Ey Peyğəmbər! Biz səndən öncə də Adəm övladından olan elçilər gön­dərdik. Sən heç də elçilərin birincisi deyilsən. Biz o elçiləri evlənməyən, dünyaya övlad gətirməyən mələklər kimi etmədik, əksinə onlara başqa insanlar kimi zöv­cələr və övladlar ver­dik. Sən də, özündən əvvəl gəlib-getmiş, evlənən və övladı olan elçilərdən birisən. Axı müşriklər nə üçün sənin belə olduğundan təəccüb edirlər? Heç bir elçi Alla­hın izni olma­dan özündən heç bir möcüzə gətirməyə qadir deyil. Allahın təqdir etdiyi hər bir iş əvvəlcədən kitabda qeyd edilmişdir. Kitabda qeyd edilən vaxtdan nə tez olar, nə də gec.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الترغيب في الجنة ببيان صفتها، من جريان الأنهار وديمومة الرزق والظل.
• Cənnətdə olan axar çayları, oradakl daimi ruziləri və kölgələri bəyan etməklə Cənnətə rəğbətləndirmək.

• خطورة اتباع الهوى بعد ورود العلم وأنه من أسباب عذاب الله.
• Elm gəldikdən sonra nəfsin istəklərinə tabe olmağın təhlükəli olması, çünki bu, Allahın əzab göndərməsini vacib edən səbəblərdən biridir.

• بيان أن الرسل بشر، لهم أزواج وذريات، وأن نبينا صلى الله عليه وسلم ليس بدعًا بينهم، فقد كان مماثلًا لهم في ذلك.
• Peyğəmbərlərin bəşər övladı olduqlarının, Allahın onlara zövcələr və övladlar verməsinin, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) heç də peyğəmbərlərin birincisi olmadığının və onun özündən əvvəl gəlib-getmiş peyğəmbərlər kimi bir peyğəmbər olduğunun bəyanı.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (38) ជំពូក​: សូរ៉ោះអើររ៉ក់ទ៍
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - សន្ទស្សន៍នៃការបកប្រែ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

បិទ