ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (65) ជំពូក​: សូរ៉ោះម៉ារយុាំ
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا
Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. On­la­rın ara­sında olanları xəlq edən də, onların ara­sında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun ox­şarı və ya bənzəri yoxdur.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• على المؤمنين الاشتغال بما أمروا به والاستمرار عليه في حدود المستطاع.
• Möminlərə əmr olunduqları işlərələ məşğul olub və bunları bacardıqları qədər yerinə yetirmələri vacibdir.

• وُرُود جميع الخلائق على النار - أي: المرور على الصراط، لا الدخول في النار - أمر واقع لا محالة.
• Bütün insanların Cəhənnəmin üzərinə salınmış Sirat körpüsünün üstündən adlayaraq keçməsi, şübhə olmayan bir həqiqətdir. Bu, heç də, Cəhənnəmin üzərindən adlayıb keçən hər bir kəsin ora düşəcəyi anlamında deyildir.

• أن معايير الدين ومفاهيمه الصحيحة تختلف عن تصورات الجهلة والعوام.
• Dinin ortaya doyduğu düzgün anlam və ölçülər, cahil və avam təbəqədən olan insanların təsəvvür etdiklərindən tam fərqlidir.

• من كان غارقًا في الضلالة متأصلًا في الكفر يتركه الله في طغيان جهله وكفره، حتى يطول اغتراره، فيكون ذلك أشد لعقابه.
• Kim azğınlıq içində boğulub və küfrdə kök salarsa, Uca Allah da onu küfür və cəhalət batağlığında tərk edər. Beləcə, azğınlığı artar və bundan dolayı əzabı daha da şiddətli olar.

• يثبّت الله المؤمنين على الهدى، ويزيدهم توفيقًا ونصرة، وينزل من الآيات ما يكون سببًا لزيادة اليقين مجازاةً لهم.
• Uca Allah möminləri doğru yol üzərində sabitqədəm edər, onlara olan dəstəyini, yardımını artırar və onlara mükafat olması üçün yəqinliklərini artıracaq möcüzələr endirər.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (65) ជំពូក​: សូរ៉ោះម៉ារយុាំ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - សន្ទស្សន៍នៃការបកប្រែ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

បិទ