Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (67) ជំពូក​: អាល់អាន់ហ្វាល
مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda ka­fir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir gö­tür­mək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axi­rə­ti qazanmağınızı istə­yir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• في الآيات وَعْدٌ من الله لعباده المؤمنين بالكفاية والنصرة على الأعداء.
• Uca Allah yuxarıda qeyd edilən ayələrdə, mömin qullarına düşmənlərinə qarşı yardım edib, onlara zəfər bəxş edəcəyinə dair vəd vermişdir.

• الثبات أمام العدو فرض على المسلمين لا اختيار لهم فيه، ما لم يحدث ما يُرَخِّص لهم بخلافه.
• Düşmən qarşısında sabitqədəm olmaq müsəlmanlar üzərində fərzdir, bu işdə hər hansı bir müstəsna hal baş vermədikcə onların bundan başqa heç bir seçimi yoxdur.

• الله يحب لعباده معالي الأمور، ويكره منهم سَفْسَافَها، ولذلك حثهم على طلب ثواب الآخرة الباقي والدائم.
• Allah qullarının gözəl əxlaqlı olmasını sevər, onların pis əxlaqlara yaxın durmalarını xoşlamaz, elə buna görə də Allah onlara, dünyada ikən Allahdan daimi qalacaq axirət savabını istəməyə təşvid etdirmişdir.

• مفاداة الأسرى أو المنّ عليهم بإطلاق سراحهم لا يكون إلا بعد توافر الغلبة والسلطان على الأعداء، وإظهار هيبة الدولة في وجه الآخرين.
• Əsirləri fidyə müqabilində azad edilməsi, düşmənləri məğlub edib, onlar üzərində qələbə çaldıqdan və İslam dövləti tam bərqərar olduqdan sonra mümkündür.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (67) ជំពូក​: អាល់អាន់ហ្វាល
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ