Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಸ್ಸಜ್ದ   ಶ್ಲೋಕ:

əs-Səcdə

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
بيان حقيقة الخلق وأحوال الإنسان في الدنيا والآخرة.
Yaradılışın qayəsini və insanın dünyada və axirətdəki hallarının bəyan edilməsi.

الٓمٓ
(Əlif. Ləm. Mim.) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
تَنزِيلُ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ
Şəkk yoxdur ki, Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Quran, ona aləm­lərin Rəbbindən nazil edilmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۚ بَلۡ هُوَ ٱلۡحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ
Yoxsa bu kafirlər: “Muhəmməd bunu Rəbbinə qarşı özün­­dən uydurmuş­dur!”– de­yirlər. Bu, heç də onların dediyi kimi deyil. Əksinə, ey Peyğəmbər, o, sənin Rəb­bin­dən nazil olan bir haqdır ki, səndən əvvəl Allahın əzabı ilə qorxudan peyğəmbər gəl­mə­­miş bir qövmü xəbər­dar edə­sən. Bəlkə, on­lar haqq yola hidayət olunalar, ona boyun əyələr və ona əməl edələr.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ
Göyləri, yeri və onların arasın­da­kıları altı gündə yara­dan, bunları bir göz qırpımından da tez yaratmağa qadir olan, son­ra da Özünə layiq olan tərzdə Ər­şə ucalan Allah­dır. Ey insanlar! Sizin Ondan başqa nə işlərinizi yoluna qoyacaq bir haminiz, nə də Rəbbiniz yanında sizə havadarlıq edəcək bir şəfaət­çiniz var. Niyə siz düşünüb, sizi yaradan Allaha ibadət etmir və Allahdan qeyrisinə ibadət etməyi tərk etmirsiniz?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يُدَبِّرُ ٱلۡأَمۡرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلۡأَرۡضِ ثُمَّ يَعۡرُجُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥٓ أَلۡفَ سَنَةٖ مِّمَّا تَعُدُّونَ
Pak, müqəddəs və uca Allah göylərdə və yerdə olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin, ey insanlar, dünyada saydığınız il­lərdən min ilə bərabər olan bir gündə Ona doğ­ru yüksəlir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ذَٰلِكَ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
O işlərin hamısını idarə edən Allah qeybi və aşkarı bilir, heç bir şey ondan gizli qalmır. O, qüdrətlidir. Düşmənlərindən intiqam almaq istəyən heç bir kimsə Ona qalib gələ bilməz. Mömin qullarına qarşı rəhmlidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ
O Allah ki, yaratdığı hər şe­yi kamil biçimdə yaratmış, Adəmi yeni bir biçimdə palçıqdan xəlq etmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ جَعَلَ نَسۡلَهُۥ مِن سُلَٰلَةٖ مِّن مَّآءٖ مَّهِينٖ
sonra onun nəslini ondan çıxan bir damla sudan (mənidən) əmələ gətirmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ
sonra onu düzəldib tam şəklə salmış və ona Öz ru­hun­dan, ruh üfürmək üçün müvəkkəl edilmiş mələyə əmr etmiş, üstəlik, sizə, ey insanlar, eşitmək üçün qulaq­lar, görmək üçün gözlər və dərk etmək üçün qəlblər vermişdir. Siz Allahın sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ
Öldükdən sonra yenidən dirilməyi yalan sayan müşriklər deyirlər: “Biz ölüb tor­pağın için­də yox olduqdan və cəsədimiz torpağa çevrildikdən son­ra, ye­ni­dən­ dirildiləcəyik?!” Bu, ağılasığmaz iddiadır. Əslində, onlar yenidən diriləcəklərini inkar edir və buna iman gətirmirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
۞ قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan sayan o müşriklərə de: “Allahın canınızı almaq üçün müvəkkil etdiyi ölüm mə­ləyi canınızı alacaq, sonra da qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
Peyğəmbərlərin göndərilməsində hikmət, onların öz qövmlərini doğru yola yönəltmələridir.

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
Allahın istiva etməsini (Ərşin üzərində yüksəlməsini), heç nəyə oxşatmamaq və bənzətməməklə isbat etmək.

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
Öldükdən sonra yenidən dirilməyə aid dəlillərin açıq-aydın olmasına rəğmən müşriklərin onu yalan sayması.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಸ್ಸಜ್ದ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ