Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಸ್ಸಾಫ್ಫಾತ್   ಶ್ಲೋಕ:

əs-Saffat

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
تنزيه الله عما نسبه إليه المشركون، وإبطال مزاعمهم في الملائكة والجن.
Allahı, müşriklərin Ona isnad etdiyi nöqsanlardan uzaq olduğunu, üstəlik, onların mələklər və cinlər barədə olan iddialarının yalan olduğunu isbat etmək.

وَٱلصَّٰٓفَّٰتِ صَفّٗا
Allah, Ona ibadət etmək üçün səf-səf duran mələklərə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱلزَّٰجِرَٰتِ زَجۡرٗا
Allah, həmçinin, buludları qovduqca qo­van və onları Onun yağış yağdıracağı yerədək aparan mələklərə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا
O, həmçinin, Allahın kəlamını oxuyan mələklərə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ
Ey insanlar, həqiqətən, sizin haqq məbu­du­nuz tək­dir, Onun heç bir şəriki yoxdur! Bu məbud, Allahdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ
O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də il boyu məşriq­lərdən doğan və məğriblərdə batan günəşin Rəbbidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ
Biz yerə ən yaxın olan səmanı, parıldayan cavahiratlar tək görünən gözəl zinətlə - ulduz­lar­la bəzədik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ
və onların sayəsində dünya səmasını, itaət etməkdən boyun qaçıran hər bir asi şeytan­dan mü­hafizə etdik. (Belə ki, onlar) ulduzlarla vurulurlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ
O şeytanlar artıq, göydəki mələk­lə­rin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməz­lər. (Və əgər qulaq assalar,) hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ
Onlar səmadan qovular və mələklərə qulaq asmaqdan kənar edilərlər. Axirətdə isə on­ları uzun sürəcək ağrılı-acılı bir əzab gözləyir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ
Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qa­pıb qaçar­sa, onu yan­dırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ
Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bi­zim yarat­dığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıq­dan ya­rat­mışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ
Ey Muhəmməd, sən Allahın qüdrətinə və məxluqatı yaratmasına, habelə, müşriklərin dirilməni yalan saymasına təəccüb edir­sən, müşriklər isə dirilməyə qətiyyətlə inanmadıqlarına görə, sənin o haqda söylədiklərinə lağ edirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ
O müşriklərin qəlbləri sərtləşdiyinə görə, onlara öyüd-nəsihət verildikdə, düşünüb ondan ibrət almır və fayda əldə etmirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dorğu danışdığını təsdiqləyən bir möcüzə gördükdə, ona lağa qoyur və ona təccüb edirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ
Onlar deyirlər: “Muhəmmədin gətirdiyi bu, açıq-aydın sehrdən başqa bir şey deyil.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük ol­duq­dan sonra yeni­dən diril­dilib həyata qaytarılacağıqmı?! Şübhəsiz ki bu, mümkün olmayan bir işdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
Habelə, bizdən əvvəl ölüb getmiş atala­rı­mız diril­diləcəklərmi?”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ
Ey Muhəmməd onlara cavab olaraq de: “Bəli, siz də, sizdən əvvəlki atalarınız da, torpaq və çürümüş sümüklər olduqldan sonra, həm də, hamınız zəlil və alçalmış olaraq di­ril­di­lə­cək­siniz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ
Bu, sura üfürüləcək təkcə dəhşətli bir səs olacaq (İkinci üfürmə). Onların hamısı qalxıb Qiyamətin dəhşətli hadisələrinə baxacaq və Allahın onlara nə edəcəyini gözləyəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ
Dirilməni yalan sayan müşriklər deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür! Bu gün Allah Öz qullarına dünya həyatlarında etdikləri əməllərin əvəzini verəcək.”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Onlara deyiləcək: “Bu, insanlar arasında hökm verilən gündür! O gün ki, siz onu dünyada inkar edir və ya­lan sayırdı­nız.”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ
O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ
O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ
Onlar sor­ğu-sual olunacaq­lar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
Dünya səmasının ulduzlarla bəzənməsinin bir çox faydaları vardır. Bunlardan bəzisi: səmanın gözəl görünməsi və onun oğru şeytanlardan mühafizə edilməsi.

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
Sirat körpüsünün mövcud olduğunu isbat etmək. Bu, Cəhənnəmin üstü ilə uzanan bir körpüdür. Cənnət əhli onun üstündən keçəcək, Cəhənnəm əhlinin isə ayaqları onun üstə sürüşücək.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಸ್ಸಾಫ್ಫಾತ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ