Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಸ್ವಾದ್   ಶ್ಲೋಕ:
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ
Azğın təkəbbürlü kimsələr deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən bədbəxt insanlar saydı­ğımız və Cəhənnəm əhlindən olacaqlarını güman etdiyimiz kəsləri yanımızda - bu atəşin içində görmürük?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ
Bizim onları lağa qoymağımız və onlara istehza etməyimiz yanlış idimi ki, onlar əzaba düçar olmayıblar?! Yoxsa, bizim onlara istehza etməyimiz doğru idi və onlar da Cəhənnəmə düşüblər, lakin gö­zümüzə dəy­mirlər?!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ
Qiyamət günü kafirlərin öz aralarında höcətləş­məsi barədə söylədiklərimiz, əlbəttə ki, içində heç bir şəkk-şübhə olmayan bir hə­qiqətdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbər­darlıq edə­nəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gə­lən və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O Öz səltənətində yenilməz qüvvət sahibidir, üstəlik, tövbə edən qullarını bağışlayandır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قُلۡ هُوَ نَبَؤٌاْ عَظِيمٌ
Ey Peyğəmbər, haqqı yalan sayan o kəslərə de: “Bu Quran böyük bir xəbərdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَنتُمۡ عَنۡهُ مُعۡرِضُونَ
Siz isə bu böyük xəbərdən üz döndə­rirsiniz, ona tərəf heç üz tutmursunuz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ
Əgər Allah mənə vəhy nazil edib məni öyrətməsəydi, mələklərin Adəmin yaradılışı haqqında öz aralarında etdikləri söhbətdən mənim xəbərim olmazdı.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
Allah bu xəbərləri mənə, yalnız Onun əzabı ilə açıq-aydın qorxudan bir peyğəmbər olduğum üçün vəhy edir".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ
Xatırla ki, bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən palçıqdan bir in­san yarada­ca­ğam - yəni Adəmi (aleyhissəlam).
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
Mən onun yaradılışını tamamlayıb insan şəklinə saldığım və ona Öz ruhum­dan üfürdüyüm zaman ona səcdə edin!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
Mələklər Rəbbinin əmrini yerinə yetirib hamısı bir­lik­də Adəmə hörmət əlaməti olaraq səcdə etdi. Beləliklə də, aralarında Adəmə səcdə etməyən birisi qalmadı.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ
Yalnız İblisdən başqa! O, səcdə etməyə təkəb­bür göstərdi və Rəbbinin əmrinə boyun əyməyə tökəbbür göstərdiyinə görə kafirlər­dən oldu.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ يَٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ
Allah buyurdu: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma Adəmə səc­də etməyə nə ma­ne oldu? Səcdə etməyə sənə təkəbbür mane oldu, yoxsa sən elə bundan əvvəl də, Rəbbinə qarşı təkəbbür göstərən və özünü yük­sək tutan birisi idin?”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ
İblis dedi: “Mən Adəmdən daha xe­yirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
Allah İblisə belə buyurdu: “Cənnətdən çıx! Sən artıq rəh­mətimdən qovulmuş və məzəmmət olunmuş birisən!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
Haqq-hesab gününədək - qiyamətə qədər Cənnətdən qovulmuş olacaqsan!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
İblis dedi: “Ey Rəbbim! Qullarını di­rildəcəyin günə qə­dər mə­nə möhlət ver, məni öldürmə.”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
Allah buyurdu: “Sən möhlət verilən­lərdənsən.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
Həlak olacağına dair təyin edilmiş məlum olan günə qədər!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
İblis dedi: “Sənin qüd­rə­tinə və qüvvətinə and olsun ki, Adəm övladlarının ha­mı­sını yol­dan çı­xa­racağam;
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
Yalnız Sənin mənim hiyləmdən qoruduğun və təkcə Öz ibadətin üçün seçdiyin qullarından başqa!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• القياس والاجتهاد مع وجود النص الواضح مسلك باطل.
Açıq-aydın dəlil olduğu halda, qiyas və ictihad etmək, batil yoldur.

• كفر إبليس كفر عناد وتكبر.
İblisin küfrü, inadkarlıq və təkəbbürlük küfrüdür.

• من أخلصهم الله لعبادته من الخلق لا سبيل للشيطان عليهم.
Allah Öz qullarından kimi Özünə ibadət etmək üçün seçmişdirsə, şeytan heç vaxt onu azdıra bilməz.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಸ್ವಾದ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ