Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಮರ್   ಶ್ಲೋಕ:
وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ
Onlara xəbər ver ki, onların quyusunun suyu, özləri ilə dəvə arasında bölüşdürülmüş­dür, bir gün dəvə üçün, bir gün də onlar üçün. Onlardan hər biri öz payını götürmək üçün öz növbəsində gəl­məlidir!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ
Onlar dəvəni öldürmək üçün öz havadarlarını ça­ğırdılar, o da öz qövmünün əmrini yerinə yetirərək qılınc götürüb dəvəni öldürdü.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ
Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­ib onları məhv etdik və on­lar mal-qara ağılında isti­fadə edilən qurumuş ağac kimi ol­dular.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ
Lut qövmü də özlərinin Peyğəmbəri Lutun (aleyhissəalm) təhdidlərini yalan saydı.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ
Biz onların üstünə daş yağdıran külək göndər­dik. Yalnız Lu­tun (aleyhissəlam) ailəsinə əzab toxunmadı. Biz onları əzabdan xilas etdik. Belə ki, gecənin axırında o qövmə əzab yetişməmişdən əvvəl Lut (aleyhissəlam) və və onun ailəsi kənddən çıxarıldılar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ
Biz Öz tərəfimizdən onlara bir nemət olaraq onları bu əzabdan xilas etdik. Biz Allahın nemətlərinə şükür edən­ləri Lutu (aleyhissəlam) mü­ka­fatlandırdığımız kimi mükafat­landırırıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ
Lut onları Bizim əza­bı­mızla qorxutdu, onlar isə bu təhdidlərə şəkk etdilər və onu yalançı saydılar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ
Onlar Lutdan öz qonaqla­rı­ ilə - mələklərlə tək buraxmağı tələb etdilər ki, özlərinin murdar istəyinə nail olsunlar. Biz də onların gözlərini kor etdik və onlara dedik: “Əza­bımı və sizə etdiyim təhdidimin nəticəsini dadın!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ
Sübh çağı onlara axirət gününədək ya­xalarından əl çəkməyəcək bir əzab gəldi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَذُوقُواْ عَذَابِي وَنُذُرِ
Onlara deyildi: "Sizə nazil olan əzabımı və Lutun sizə etdiyi təhdid­lərinin aqibətini dadın!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ
Firon nəs­linə də, Musa və Harunun (aleyhimməssəlam) vasitəsilə xəbərdarlığımız gəlmişdi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ
Onlar Bizim göndərdiyimiz dəlilləri və sübutları ya­lan saydılar. Biz də onları bu dəlilləri yalan saydıqlarına görə, heç kəsin üstün gələ bilmədiyi qüdrətli və heç kəsin qarşısında aciz qalmayan qadir Allahın cəzası ilə cəzalandırdıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ
Ey Məkkə əhli! Sizin kafirləriniz haqqı yalan saymış o kafirlərdən - Nuh qövmündən, Adlılardan, Səmudlulardan, Lut tayfasından, Firon və onun qövmündən yaxşı­dırmı?! Yoxsa səmavi kitab­larda si­zin əzabdan xilas olacağınıza dair toxunulmazlıq vəd edilmişdir?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ
Yoxsa Məkkə əhlindən olan o kafirlər: “Biz hamımız, bizə pislik etmək istəyən və bizim birliyimizi dağıtmağa çalışan kimsələrə qalib gə­ləcək bir dəstəyik!” – deyirlər?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ
Bu kafirlərin dəstəsi mütləq məğlub olacaq və möminlərin gözləri önündə arxaya dönüb qaça­caq. Bu, artıq Bədr döyüşündə baş vermişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ
Xeyr, onların yalan saydığı qiyamət satı özlərinin əzaba düçar olmalarından ötrü müəyyən edilmiş vaxtdır. O saat isə onların Bədrdə üzləşdiyi dünya əzabından daha əzəmətli və daha acı­dır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ
Həqiqətən də, küfr və asiliklər etməklə günaha batanlar haqdan uzaq bir azğınlıq, üstəlik, əzab və əziyyət içindədirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ
O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra məzəmmət edilərək belə deyiləcəkdir: “Dadın Cəhənnəm əzabını!”
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ
Həqiqətən də, Biz kainatda hər şe­yi əzəldən yazdığımız qədərə uyğyn yaratdıq və bunlar Bizim elmimizə, istəyimizə və Lövhü-məhfuzda yazdığımıza müvafiq oldu.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
Əzabın həm günahı edən günahkara, həm də onunla razılaşan kimsəyə şamil edilməsi.

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
Allahın nemətlərinə şükür etmək əzabdan qurtulmaq üçün səbəbdir.

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
Quranın, müşriklərin Bədr döyüşündə məğlub olacaqları barədə qabaqcadan xəbər verməsi, Quranın doğruluğuna dəlalət edən qeyb xəbərlərindəndir.

• وجوب الإيمان بالقدر.
Qədərə iman gətrməyin vacib olması.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಮರ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ