Check out the new design

Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į azerbaidžaniečių k. * - Vertimų turinys


Reikšmių vertimas Sūra: Al-Hudžuraat   Aja (Korano eilutė):

əl-Hucurat

Sūros prasmės:
معالجة اللسان وبيان أثره على إيمان الفرد وأخلاق المجتمع.
Dilin danışdığı sözlərə diqqət yetirmək və onun fərdi kimsənin imanına və cəmiyyətin əxlaqına təsir etməsinin bəyanı.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيۡنَ يَدَيِ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir sözdə və ya hərəkətdə Allahdan və Onun rəsulundan önə keçməyin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah sizin söylədiklərinizi eşidir, etdiyiniz əməlləri də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz və O sizə bu əməllərin əvəzini verəcəkdir.
Tafsyrai arabų kalba:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-biri­ni­zə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yox­sa buna görə, özünüz də hiss etmə­dən əməl­lə­ri­nizin savabı puç olar.
Tafsyrai arabų kalba:
إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ
Həqiqətən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanında səslərini asta çıxaranlar, Allah onların qəl­blərini təqva üçün sınağa çək­miş və bunun üçün ixlaslı etmiş kimsələrdir. Onları günahlarının bağışlanması, buna görə cəzalandırılmaması və qiyamət günü böyük mükafat - Allahın onları Cənnətə daxil etməsi gözləyir.
Tafsyrai arabų kalba:
إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
Ey Peyğəmbər! Şübhəsiz ki, səni, zövcələrinin hücrələri arxasından səsləyən bədəvilərin əksəriyyə­tinin ağlı kəsmir.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
Möminə mərhəmət göstərmək, dinin əleyhinə vuruşan kafirə qarşı isə şiddətli olmaq şəriətin tələbidir.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
Bir-birinə dəstək vermək və bir-birinə kömək etmək, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhablərinin əxlaqındandır.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
Qəlbində hörmətli səhabələrə qarşı nifrət daşıyan kimsənin kafir olmaq qorxusu vardır.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə, habelə, onun sünnəsi və varisləri (alimlər ilə) ədəblə davranmağın vacib olması.

 
Reikšmių vertimas Sūra: Al-Hudžuraat
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į azerbaidžaniečių k. - Vertimų turinys

Išleido Korano studijų interpretavimo centras.

Uždaryti