Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഖസസ്   ആയത്ത്:

əl-Qəsəs

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
سنة الله في تمكين المؤمنين المستضعفين وإهلاك الطغاة المستكبرين.
Zəif möminləri sabitqədəm etmək, həddi aşan təkəbbürlüləri isə məhv etmək, Allahın yer üzündəki qayda-qanunudur.

طسٓمٓ
﴾Ta. Sin. Mim.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
Bunlar açıq-aydın Quranın ayələridir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٖ يُؤۡمِنُونَ
Biz iman gətirən bir toplum üçün sənə, Musa ilə Fironun bəzi xəbərlərini ol­duğu kimi oxuya­cağıq. Çünki belə xəbərlərdən məhz onlar öyüd-nəsihət alarlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعٗا يَسۡتَضۡعِفُ طَآئِفَةٗ مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ
Həqiqətən Firon, Misir torpaqlarında tüğyan edərək, onun əha­li­sini öz aralarında ayrı-ayrı tayfalara bölmüş, onlar içində İsrail oğullarını zəif görüb, on­ların oğlan uşaqları­nı öldürüb, onları Misirdə zəlil bir hala salmaq məqsədi ilə qadınlarını isə özlərinə xidmət etmək üçün sağ buraxırdı. Hə­qi­qətən, o, yer üzündə zülm və tüğyan edərək fitnə-fəsad törədənlərdən idi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ
Biz, Fironun Misir torpaqlarında gücsüz və zəif gördüyü İsrail oğullarına, düşmənlərini həlak edərək, onların üzərindənki bu zəifliyi qaldıraraq, onları haqq yolda öndə gedən imamlar edərək və Fironu həlak edikdən sonra onları mübarək Şam torpaqlarına varislər edərək onlara lütf etmək istədik. Uca Allah bu barədə, "əl-Əraf" surəsinin 137-ci ayəsində belə buyurur: "(Musa ilə olan) zəif qövmü (İsrail oğullarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik".
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
• İman və saleh əməl, Qiyamət gününün dəhşətindən qorxusuz edən səbəblərdən ikisidir.

• الكفر والعصيان سبب في دخول النار.
• Küfr və günahlar Cəhənnəmə varid edən səbəbdir.

• تحريم القتل والظلم والصيد في الحرم.
• Məkkənin haram hüdudları daxilində: qətlə yetirmək, zülüm etmək və hevyan ovlamaq haramdır.

• النصر والتمكين عاقبة المؤمنين.
• Zəfər və yer üzündə bərqərar olmaq möminlərə vəd edilmiş gözəl sonluqdur.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഖസസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർകസ് തഫ്സീർ പുറത്തിറക്കിയത്.

അടക്കുക