Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: അൻകബൂത്ത്   ആയത്ത്:
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ
Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cə­hən­nəm onları hər tərəfdən bürüyə­cək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ
O gün əzab onları həm başları üs­tündən bürüyəcək, həm də ayaqlarının al­tına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cə­za­sı­nı dadın!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ
Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şüb­həsiz ki, Mənim (yaratdığım) yer ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin və heç kəsi Mənə şərik qooşmayın.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ
Ölüm qorxusu sizin hicrət etməyinizə mane olmasın. Hər kəs ölümü dada­caq. Nəhayət, Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarıla­caq­sınız.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ
Allaha iman gətirən və Ona yaxınlaşdıran saleh əməllər edən kimsə­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar ora­­da əbədi olaraq qalacaq və əsla ölməyəcəklər. Allaha itaət edən kimsələrin bu müka­fatı necə də gö­zəl­dir!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gö­zəl­dir!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Neçə-neçə - sayı çox olan - canlılar var­ ki, nə ru­zi­sini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ru­zinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri yaradan kimdir? Ye­ri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allah­dır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
Allah Öz hikməti ilə, qullarından is­tə­diyinin ruzisini çoxaldar, is­tə­di­yi­nin­kini də azaldar. Şübhə­siz ki, Allah hər şeyi biləndir. Heç bir şey, o cümlədən də qullarının xeyrinə olan işlər Ondan gizli qalmaz.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göy­dən yağış endirib onunla qurumuş yeri canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– de­yə­cəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, on­ların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
Kafirin özü üçün əzab istəməsi, onun axmaq olduğuna dəlalət edir.

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
Dini ayinlərin rahat şəkildə icrası üçün hicrət qapısı hər zaman açıqdır.

• فضل الصبر والتوكل على الله.
Səbir etməyin və Allaha təvəkkül etməyin fəziləti.

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
Uluhiyyə tövhidini qəbul etmədən, sadəcə rubuiyyə tövhidini qəbul edən kimsə nə nicat tapa bilər, nə də mömin sayılar.

 
പരിഭാഷ അദ്ധ്യായം: അൻകബൂത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക