Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഫുസ്സ്വിലത്ത്   ആയത്ത്:
۞ إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٖ
Qiyamət saatı haqqında bilgi yal­nız Allaha məxsusdur və Onun nə zaman vaqe olacağını yalnız O bilir. Bunu Ondan başqa heç kəs bilmir. Onun xə­bəri olmadan heç bir meyvə toxu­mundan cücərib çıx­maz, heç bir dişi hamilə qalmaz və bət­nində daşı­dığı yükü yerə qoy­maz. Bunlardan heç bir şey Ondan gizli qalmaz. Qiyamət günü Allah, Onunla yanaşı bütlərə ibadət edən müşrikləri ça­ğırıb, onları bütlərə ibadət etdiklərinə görə məzəmmət edib deyəcək: “Mənim şərikim olduğunu iddia etdiyiniz şəriklərim haradadır?!” Müşriklər deyəcəklər: “Biz Sənin qarşında etiraf edirik ki, indi heç birimiz Sənin şərikin olduğunu deyə bilməz!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَدۡعُونَ مِن قَبۡلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٖ
Əvvəllər tapındıqları büt­­lər onları qoyub gedəcək və on­lar Allahın əzabından qaçıb qurtulmağa bir ye­ri olmadığını yəqin edə­cək­lər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ
İnsan özünə sağlıq, mal-dövlət, övlad və başqa nemətlər diləməkdən usanmır. Elə ki, ona kasıblıq, yaxud xəstəlik və buna bənzər müsibət üz verir, çox mə­yus olub Allahın rəhmətindən ümidini üzür.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ
Əgər onun başına gələn bəladan və xəstəlikdən sonra, Biz sağlamlıq, zənginlik və əmin-amanlıq daddırsaq, mütləq deyər: “Bu mənə məxsusdur, çünki mən buna layiqəm, bu mənim haqqımdır və Mən qiyamət saatının gələcəyini güman etmirəm. Əgər qiyamətin qopacağını fərz etsək belə, yenə Allah yanında mənim var-dövlətim və malım olacaq. Necə ki, mən bu dünyada o var-dövlətə layiq olduğum üçün Allah onu mənə əta edib, eləcə də, axirətdə onu mənə əta edəcəkdir.” Biz Allaha küfr edənlərə etdikləri küfr və asiliklər barədə mütləq xəbər verəcək və onlara hökmən şiddətli bir əzab daddıracağıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ
Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalva­rıb-ya­xarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfin­dən­dirsə, son­ra da, siz onu inkar edir və onu yalan sayırsınızsa, belə olduğu təqdirdə sizin halınız necə olacaq?! Haqq açıq-aydın, dəlil-sübutla əsaslandırıldığı və tutarlı ola-ola inad edib onu qəbul etməyən kəsdən daha çox azmış kim ola bilər?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Biz öz dəlillərimizi Qureyş kafirlərinə həm yer üzündə - (məsələn,) müsəlmanlara fəthlər bəxş etməklə, həm də onların özlə­rində - yəni Məkkəni fəth etməklə müt­ləq gös­tə­rəcəyik ki, axırda Quranın haqq olduğu və içində heç bir şübhə olmadığı üzə çıxıb onların şəkkini aradan qaldırsın. Məgər o müşriklərə Quranın haqq olduğuna və Allah tərəfindən nazil edilməsinə dair Allahın şahidliyi ki­fayət de­yilmi?! Əgər onlar haqqı istəsəydilər, Rəbbinin şahidliyi ilə kifayətlənərdilər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَلَآ إِنَّهُمۡ فِي مِرۡيَةٖ مِّن لِّقَآءِ رَبِّهِمۡۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَيۡءٖ مُّحِيطُۢ
Doğrudan da, o müşriklər dirilməni inkar etdiklərinə görə, qiyamət günü özlərinin Rəbbi ilə qarşılaşacaqlarına şəkk edirlər. Onlar axirətə inanmırlar və elə buna görə də, yaxşı işlər görməklə o gün üçün hazırlıq görmürlər. Həqi­qətən, Allah elm və qüdrət ilə hər şeyi əhatə edəndir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• علم الساعة عند الله وحده.
Qiyamətin qopma vaxtını yalnız Allah bilir.

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
Kafirlərin Allahın nemətlərinə və onlara göndərdiyi bəlalara olan münasibət arasında anlaşılmazlığın və ziddiyyətin olması.

• إحاطة الله بكل شيء علمًا وقدرة.
Allahın elm və qüdrət ilə hər şeyi əhatə etməsi.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഫുസ്സ്വിലത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക