Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ദ്ദുഖാൻ   ആയത്ത്:
وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ
Allaha ibadət etməyi tərk etməklə və özünüzü Onun qullarından üstün tutmaqla Ona qarşı təkəbbür göstərmə­yin. Həqiqətən, mən sizə açıq-aydın bir dəlil gətir­mişəm.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ
Mən sizin məni daşqalaq edib öldürməyinizdən mənim də Rəbbim, sizin də Rəb­biniz olan Alla­ha sığınıram.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ
Əgər mənim gətirdiyimi qəbul etmirsinizsə, məndən uzaq olun və pis niyyətlə mənə yaxınlaşmayın!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ
Sonra Musa (aleyhissəlam) Rəbbinə dua edib dedi: “Həqiqətən, bu qövm - Firon və onun camaatı tezliklə cəzalandırılmağa layiq olan bir qövmdür!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ
Allah Musaya öz qövmü ilə birlikdə gecə ikən yola çıxmağı əmr etdi və Firon və onun qövmü onları təqib edəcəklərini ona xəbər verdi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ
Allah Musaya İsrail oğulları ilə birlikdə dənizi keçdikdən sonra onu olduğu kimi sakit buraxmağı əmr etdi. Şübhəsiz ki, Firon və onun əsgərləri dənizdə boğularaq həlak ediləcək bir ordudur.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَمۡ تَرَكُواْ مِن جَنَّٰتٖ وَعُيُونٖ
Firon və onun qövmü özlərindən sonra neçə-neçə bağ-bağçalar və axar çeşmələr qoyub getdilər!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ
Onlar özlərindən sonra neçə-neçə əkinlər və gözəl yerlər qoyub getdilər!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ
Habelə, zövq aldıqları neçə-neçə nemətlər qoyub getdilər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ
Beləcə, sizə bildirilən hadisələr, onların başına gəldi. Biz onların bağ-bağçalarına, çeşmələrinə, əkinlərinə və gözəl məskənlərinə başqa qövmü - İsrail oğullaını varis etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ
Firon və onun qövmü dənizdə batdıqda, nə göy, nə də yer onlardan ötrü ağladı. Onlara tövbə etmək üçün möh­lət də verilmədi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ
Biz İsrail oğullarını al­çaldıcı əzabdan xilas etdik. Belə ki, Firon və onun qövmü onların oğlan uşaqlarını öldür, qadınlarını da sağ buraxırdılar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ
Biz onları Fironun əzabından xilas etdik. Həqiqətən, o, Allahın əmrinə və Onun dininə qarşı çıxan təkəbbürlü bir kimsə idi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ
Biz Öz elmimizlə İsrail oğulla­rı arasından çoxlu peyğəmbər seçməklə onları zəmanələrindəki insanlardan üstün etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ
Biz onlara möcüzələr və dəlillər - qüdrət halvası, bildirçin əti və başqa bu kimi zahiri nemətlər bəxş etməklə Musaya dəstək verdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
Haqqı yalan sayan o müşriklər dirilməni mütləq inkar edib deyəcəklər:
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ
“Bu ölüm bizim birinci (və axırıncı) ölümümüzdür və bundan sonra həyat olmayacaq. Bu ölümdən sonra biz bir daha dirildilməyəcəyik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
Ey Muhəmməd! Əgər sənin və sənin ardıcıllarının iddia etdiyi kimi Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün diriltməsi doğrudursa, onda bizim ölmüş atalarımızı dirildib gəti­rin görək”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ
Ey Peyğəmbər! Güc-qüvvətə malik olmaq baxımından, səni yalançı sayan bu müşriklər üstündür, yoxsa Tubba qövmü və onlardan əv­vəl­ki Ad və Səmud tayfaları?! Biz onların hamısını məhv et­dik. Çünki onlar günahkar kimsələr idi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ
Biz göyü, yeri və onların arasında olanları əylənmək üçün yaratmadıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
Biz göyləri və yeri böyük bir hikmət üçün yaratdıq, lakin müşriklərin əksəriyyəti bunu bil­məz.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• وجوب لجوء المؤمن إلى ربه أن يحفظه من كيد عدوّه.
Düşmənin hiyləsindən qorunmaq üçün mömin kimsənin Rəbbinə sığınması vacibdir.

• مشروعية الدعاء على الكفار عندما لا يستجيبون للدعوة، وعندما يحاربون أهلها.
Kafirlər dəvəti qəbul etməyib dəvət əhlinə qarşı vuruşduqda onlara bəddua etmək şəriət baxımından caizdir.

• الكون لا يحزن لموت الكافر لهوانه على الله.
Kafir kimsə Allah yanında dəyərsiz olduğu üçün kainat onun ölümünə kədərlənməz.

• خلق السماوات والأرض لحكمة بالغة يجهلها الملحدون.
Göylərin və yerin yaradılmasında böyük bir hikmət vardır, lakin Allahın varlığını inkar edənlər bunu dərk etməzlər.

 
പരിഭാഷ അദ്ധ്യായം: ദ്ദുഖാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക