Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഖാഫ്   ആയത്ത്:

Qaf

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
وعظ القلوب بالموت والبعث.
Qəlblərə ölməni və dirilməni yada salmaqla nəsihət etmək.

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ
﴾Qaf.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Uca Allah, özündə çox mənalar, çoxlu xeyir və bərəkət cəm edən Qurani Kərimə and içir ki, qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ
Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ
Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən diriləcəyik?! Bu dirilmə və cəsədimiz çürüyüb yox olduqdan sonra yenidən ona həyat verilməsi mümkün deyil”.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ
Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bi­lirik. Heç bir şey Bizdən gizli qalmaz. Biz­də, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qo­ruyan bir kitab var.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ
Lakin Peyğəmbər Quranı o müşriklərə gətirdikdə onlar Quranı yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər və Quran barəsində nə qərar verəcəklərini bilmirlər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ
Dirilməni yalab sayan o kimsələr başları üs­tün­dəki gö­yə baxıb onu necə yaratdığımızı, necə qurduğumuzu, ulduzlarla necə bəzədiyimizi və onda naqislik gətirən yarıqlar olmadığını görmürlərmi?! Bu göyü yaradan Allah, insanlar öldükdən sonra onları diriltməyə aciz deyildir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ
Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bit­ki­lərin və ağacların hər nö­vündən yetişdirdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ
Bütün bunları itaət edərək Rəbbinə üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət olsun deyə yaratdıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ
Biz göydən çox faydalı və xeyirli su endirdik və o su ilə bağ-bostanlar, habelə, bi­çilən ta­xıl dənələri və s. bitirdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ
Həmçinin, o su ilə meyvələri üst-üstə asılmış hündür uca xur­ma ağacları bitirdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ
Biz orada bitkilər yetişdirdik ki, insanlar ruzi olarq ondan yesinlər. Həmçinin, Biz bu yağışla bitki bitməyən bir məm­lə­kə­ti diriltdik. Eləcə də, ölüləri dirildib qə­birlərindən çıxardacağıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ
Ey Peyğəmbər! Səni yalançı sayan o kəslərdən əvvəl bir çox qövmlər - Nuh qövmü, quyu əhli və Səmud tayfası öz peyğəmbərlərini ya­lançı saydı.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ
Həmçinin, Ad qövmü, Firon xalqı, Lut tayfa­sı yalançı saydı,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ
Şueybin qövmü Əykə əhlinin və Yəmən hökmdarıTubbə qövmünün yalançı saydı. Bütün bu qövmlər Allahın onlara göndərdiyi elçiləri yalançı saydılar. Odur ki, Allahın onlara vəd etdiyi əzab onları yaxaladı.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ
Məgər Biz sizi ilk dəfə yaratdıqda aciz qalmışdıq ki, sizi diriltməkdə də aciz qalaq?! Xeyr! Onlar ilk yaradılışlarından sonrakı yeni yaradılış ba­rə­sində şəkk-şübhə içindədirlər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
Müşriklər peyğəmbərliyin bəşər övladına verilməsini qeyri-mümkün sayır və daşlara ilahi sifətlər nisbət edirlər.

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
Göylərin və yerin yaradılışı, yağışın nazil edilməsi, ölü torpağın yaşıllaşdırılması və ilk məxluqun yardılışı - bunların hamısı öldükdən sonra dirilməni sübut edən dəlillərdir.

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
Elçiləri yalançı saymaq keçmiş ümmətlərin adətidir. Elçiləri yalançı sayanları cəzalandırmaq da, ilahi qanundur.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഖാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക