Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അസർബൈജാനീ വിവർത്തനം - അലി ഖാൻ മൂസായീഫ് * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അഹ്സാബ്   ആയത്ത്:
يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا
İnsanlar səndən Qiyamət saatı (Qiyamət günü) barədə soruşurlar. De: “Onun elmi yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, Qiyamət saatı yaxındır.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا
Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb-yaxan Od hazırlamışdır.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا
Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠
Üzləri odda o yan-bu yana çeviriləcəyi gün onlar deyəcəklər: “Kaş, Allaha itaət edər və Onun rəsuluna itaətkar olaydıq!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا
Ey iman gətirənlər! Musaya əziyyət verən kimsələr kimi olmayın. Allah onu onların dediklərindən (ona etdikləri eyibdən) təmizə çıxartdı. O, Allahın yanında ehtiram edilən bir kimsə idi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا
Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin ki,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا
O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun rəsuluna itaət etsə, böyük bir uğur qazanar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا
Biz əmanəti (şəri əhkamları) göylərə, yerə və dağlara ərz etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. İnsan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا
(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അഹ്സാബ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അസർബൈജാനീ വിവർത്തനം - അലി ഖാൻ മൂസായീഫ് - വിവർത്തനങ്ങളുടെ സൂചിക

അലി ഖാൻ മുസായേവ് വിവർത്തനം ചെയ്തിരിക്കുന്നു. റുവാദൂത്തർജമ മർകസിൻ്റെ മേൽനോട്ടത്തിലാണ് ഇത് വികസിപ്പിച്ചെടുത്തത്. അഭിപ്രായങ്ങൾ പ്രകടിപ്പിക്കുന്നതിനും വിലയിരുത്തുന്നതിനും തുടർച്ചയായ പുരോഗമനത്തിനും വേണ്ടി വിവർത്തനത്തിൻ്റെ അവലംബം അവലോകനത്തിന് ലഭ്യമാണ്.

അടക്കുക