Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (156) Surah: Soerat Aal-Imraan ( Het Huis van Imraan )
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ كَفَرُواْ وَقَالُواْ لِإِخۡوَٰنِهِمۡ إِذَا ضَرَبُواْ فِي ٱلۡأَرۡضِ أَوۡ كَانُواْ غُزّٗى لَّوۡ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجۡعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسۡرَةٗ فِي قُلُوبِهِمۡۗ وَٱللَّهُ يُحۡيِۦ وَيُمِيتُۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Siz, ruzi qazanmaq üçün sə­fə­rə çıxıb və ya döyüşə gedib orada vəfat etmiş və ya öldürülmüş yaxın qohum-əqrəbaları barəsində: "Əgər onlar səfərə çıxmayıb və ya döyüşə getməyib bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər"– deyən münafiqlərdən olan kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində onlar üçün bir hüzün və həsrət ol­sun deyə belə etdi. Halbuki, Öz istəyi ilə dirildən də, öl­dürən də, tək Allah­dır. Allahın yazdığı qədərə, nə evdə qalıb səfərə və ya dövüşə çıxmamaq mane olar, nə də ki, səfərə və ya dövüşə çıxmaq tezləşdirər. Allah nə etdiklə­ri­nizi görür. Etdiyiniz əməllər əsla Ona gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• الجهل بالله تعالى وصفاته يُورث سوء الاعتقاد وفساد الأعمال.
• Uca Allahdan və Onun sifətlərindən qafil olmaq, Allah barədə pis zənn etməyə və əməllərin fəsad olmasına gətirib çıxarır.

• آجال العباد مضروبة محدودة، لا يُعجلها الإقدام والشجاعة، ولايؤخرها الجبن والحرص.
• İnsanların əcəlləri müəyyən bir vaxta kimidir. Bu əcəli nə mərdlik və şücaət tezləşdirə, nə də ki, qorxaqlıq və hərislik gecikdirə bilməz.

• من سُنَّة الله تعالى الجارية ابتلاء عباده؛ ليميز الخبيث من الطيب.
• Pisləri yaxşılardan seçib təmizləmək üçüm insanları sınaqa çəkmək Uca Allahın sünnəsidir.

• من أعظم المنازل وأكرمها عند الله تعالى منازل الشهداء في سبيله.
• Uca Allah qatında ən yüksək və ən şərəfli dərəcələr, Allaha yolunda şəhid olan kimsələrin dərəcələridir.

 
Vertaling van de betekenissen Vers: (156) Surah: Soerat Aal-Imraan ( Het Huis van Imraan )
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit