Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (140) Surah: Soerat An-nisa (de vrouwen)
وَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
Ey Möminlər! Qurani Kərimdə sizə na­zil et­miş­dir ki, əgər bir məclisdə əyləşdiyiniz zaman orada kiminsə Allahın ayələ­rini in­kar yaxud is­teh­za etdiyini eşitsəniz, Allahın ayələrini inkar yaxud istehza söhbətindən başqa bir söh­­bə­tə keçməyincə, sizə onlarla bir yerdə otur­mamaq və onları tərk etmək vacib edilmişdir. Allahın ayələrini in­kar yaxud istehza etdiklərini eşidib, sonra da onlarla oturmaqa davam etsəniz, Allahın əmrinə müxalif olmaqda siz də onların tayı olar­sı­nız. Çünki onlar küfür etməklə Allaha asi olduqları kimi, sizdə onlarla bir yerdə oturmaqla Allaha asi oldunuz. Şübhəsiz ki, Allah qiyamət günü özlərinin zahirən İslamda olduğunu göstərib, qəlblərində isə küfürü gizlədən mü­na­fiq­ləri Cə­hənnəm odunda kafirlərlə birgə cəm edəcəkdir.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• وجوب العدل في القضاء بين الناس وعند أداء الشهادة، حتى لو كان الحق على النفس أو على أحد من القرابة.
• İnsanlar arasında hökm verdikdə və ya şahidlik etdikdə, haqq hətta özünün yaxud yaxın qohumlarından birinin əleyhinə olsa da ədalətli olmağın vacibliyi.

• على المؤمن أن يجتهد في فعل ما يزيد إيمانه من أعمال القلوب والجوارح، ويثبته في قلبه.
• Möminə qəlb və bədən əzalarının əməlləri ilə imanını artırması və bu imanın qəlbində sabit qalması üçün çalışması vacibdir.

• عظم خطر المنافقين على الإسلام وأهله؛ ولهذا فقد توعدهم الله بأشد العقوبة في الآخرة.
• Münafiqlərin İslama və müsəlmanlara qarşı olan təhlükəsinin böyüklüyü. Elə buna görə də Allah onlara axirətdə şiddətli əzab vəd vermişdir.

• إذا لم يستطع المؤمن الإنكار على من يتطاول على آيات الله وشرعه، فلا يجوز له الجلوس معه على هذه الحال.
• Əgər mömin kimsə Allahın ayələrinə və şəriətinə qarşı dil uzadan kimsəyə inkar edə bilmirsə, bu zaman belə bir halda, o kimsə ilə oturmaq ona icazəli deyildir.

 
Vertaling van de betekenissen Vers: (140) Surah: Soerat An-nisa (de vrouwen)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit