Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (8) Surah: Soerat Al-Modjaadalah (De Vrouw die Pleit)
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ
Ey Peyğəmbər! Məgər yəhudilərin mömin adamı gördükdə, öz aralarında xəlvətcə, yavaş-yavaş söhbət etdiklərini görmədinmi?! Allah onlara gizli söhbəti qadağan etdikdən sonra yenə də Allahın qadağan etdiyi əmələ qayıdıb möminlərin qeybətini etmək, onlarla ədavət aparmaq və Peyğəmbərə qarşı çıxmaq kimi günah işlər barədə öz aralarında altdan-altdan danışırlar. Ey Peyğəmbər! Onlar Sənin yanına gəldikdə isə, səni Allahın salamladığı kimi salamlamır, sənə: "Əssamu aleykə/sənə ölüm olsun" – deyir və həmçinin, Peyğəmbərin (səllallahu aleyhi və sələm) yalançı olduğunu göstərmək üçün öz aralarında: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?! Əgər onun peyğəmbərlik iddiası doğru olsaydı, Allah bizi, bu danışdıqlarımıza görə cəzalandırardı” – deyirlər. Onların dediyi sözlərə görə cəzası olaraq Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• مع أن الله عالٍ بذاته على خلقه؛ إلا أنه مطَّلع عليهم بعلمه لا يخفى عليه أي شيء.
Uca Allah Öz zatı ilə məxluqatın üzərində olmasına rəğmən, O, Öz elmi ilə onların hər bir işindən xəbərdardır və heç bir şey Ona gizli qalmır.

• لما كان كثير من الخلق يأثمون بالتناجي أمر الله المؤمنين أن تكون نجواهم بالبر والتقوى.
Əksər insanlar gizli söhbətlərində günah şeylər danışdıqları üçün, Allah möminlərə gizli söhbətlərində yaxşı işlər və Allahdan qorxmaq barədə danışmağı əmr etmişdir.

• من آداب المجالس التوسيع فيها للآخرين.
Məclis başalarına yer vermək məclis ədəblərindən birdir.

 
Vertaling van de betekenissen Vers: (8) Surah: Soerat Al-Modjaadalah (De Vrouw die Pleit)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit