Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: نازعات   آیت:

ən-Naziat

د سورت د مقصدونو څخه:
التذكير بالله واليوم الآخر.
Allahı və Axirət gününü xatırlatmaq.

وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا
Uca Allah kafirlərin canını zorla və amansızcasına alan mələklərə and içir.
عربي تفسیرونه:
وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا
Uca Allah möminlərin canını rahatlıqla və asanlıqla alan mələklərə and içir.
عربي تفسیرونه:
وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا
Uca Allah Öz əmri ilə göydən yerə enən mələklərə and içir.
عربي تفسیرونه:
فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا
Uca Allah Öz buyuruqlarını yerinə yetirməkdə bir-birini ötən mələklərə and içir.
عربي تفسیرونه:
فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا
Uca Allah əzəldən yazdığı qəza və qədərə müvafiq olan əmrlərini yerinə yetirən mələklərə - məsələn, qulların əməllərini qeydə almaq üçün müvəkkəl edilmiş mələklərə and içir. Allah, məxluqatı hesaba çəkəcəyinə və əməllərinin əvəzini verəcəyinə dair bu mələklərə and içir.
عربي تفسیرونه:
يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ
İlk sur üfürüləcəyi gün yer lərzəyə gələcək.
عربي تفسیرونه:
تَتۡبَعُهَا ٱلرَّادِفَةُ
Bu üfürülmənin ardından ikinci kərə sura üfürüləcək.
عربي تفسیرونه:
قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ
Qiyamət günü kafirlərin və fasiqlərin qəlbi qorxu içində olacaq.
عربي تفسیرونه:
أَبۡصَٰرُهَا خَٰشِعَةٞ
Onların gözlərində zəlillik əlaməti görünəcək.
عربي تفسیرونه:
يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ
Halbuki, onlar deyərdilər: "Yəni biz öldükdən sonra yenidən həyata qaytarılacağıq?!
عربي تفسیرونه:
أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ
Sümüklərimiz çürüyüb yox olduqdan sonra gerimi qaytarılacağıq?!"
عربي تفسیرونه:
قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ
Onlar dedilər: "Əgər biz qayıtsaq, bu, ziyanlı, həm də sahibini aldadan bir qayıdış olar".
عربي تفسیرونه:
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ
Yenidən dirilmə olduqca sadə bir işdir. Belə ki, bu, sura üfürməyə müvəkkəl edilmiş mələyin bircə dəfə sura üfürməsi ilə baş verəcəkdir.
عربي تفسیرونه:
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
O vaxt yerin altındakı ölülərin hamısı dirilib dərhal yerin səthinə çıxacaqlar.
عربي تفسیرونه:
هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
Ey Peyğəmbər! Musanın öz Rəbbi ilə, habelə, öz düşməni Fironla olan əhvalatı sənə gəlib çatdımı?!
عربي تفسیرونه:
إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى
O zaman Rəbbi onu pak Tuva vadisində səsləyib demişdi:
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• التقوى سبب دخول الجنة.
Allahdan qorxmaq Cənnətə daxil olmaq üçün səbəbdir.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
Qiyamət günü baş verəcək dəhşətli hadisələri xatırlamaq insanı yaxşı işlər görməyə sövq etdirən amildir.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
Kafirin canının zorla və amansızcasına, möminin canının isə mülayim və rahat şəkildə alınması.

 
د معناګانو ژباړه سورت: نازعات
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول