Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: اعلی   آیت:
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
Kafir isə öyüd-nəsihətdən uzaq durur və onu qulaqardına vurur. Çünki o, axirətdə Cəhənnəm oduna düçar olacaq ən bədbəxt insanlardandır.
عربي تفسیرونه:
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
O kimsə ki, axirətdə böyük atəşə girib onun hərarətindən əzab çəkəcək və əbədi olaraq bu əzabın içində qalacaqdır.
عربي تفسیرونه:
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
Sonra o, Cəhənnəm odunda əbədi qalacaq, belə ki, o, orada nə öləcək ki, əzabdan qurtulub rahatlıq tapsın, nə də xoş gün-güzəran görəcəkdir.
عربي تفسیرونه:
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
Şirkdən və digər günahlardan təmizlənən kimsə istədiyinə nail olub uğur qazanmıdır.
عربي تفسیرونه:
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
O kimsə ki, Rəbbinin ona buyurduğu müxtəlif zikrlərlə Onu zikr etmiş və namazı tələb olunan tərzdə yerinə yetirmişdir.
عربي تفسیرونه:
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Xeyr, siz dünya həyatına önəm verir və onu axirət həyatından üstün tutursunuz. Halbuki bu ikisinin arasında böyük fərq var.
عربي تفسیرونه:
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
Axirət isə dünyadan və onun içindəki nemətlərdən və ləzzətlərdən daha xeyirli, daha üstün və daha sürəklidir. Çünki axirtə nemətləri əsla tükənməzdir.
عربي تفسیرونه:
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
Sizə bildirdiyimiz bu əmrlər və xəbərlər, səndən əvvəl nazil edilmiş səhifələrdə zikr edilmişdir.
عربي تفسیرونه:
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
Bu, İbrahimə və Musaya (aleyhiməssəlam) nazil edilmiş səhifələrdir.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
Nəfsi zahiri və batini pisliklərdən təmizləməyin əhəmiyyəti.

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
Xaliqin varlığını və Onun əzəmətini isbat etmək üçün Onun yaratdığı məxluqatları ilə dəlil göstərmək.

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
Dəvət edən kimsənin vəzifəsi insanları hidayətə qovuşdurmaq deyil, sadəcə olaraq onları haqqa dəvət etməkdir. Çünki insanlara hidayət bəxş edib onları haqqa yönəltmək yalnız Allahın əlindədir.

 
د معناګانو ژباړه سورت: اعلی
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول