د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علی خان موساییف * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: الحجر   آیت:

əl-Hicr

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ
Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
عربي تفسیرونه:
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ
Kafirlər “Kaş ki müsəlman olsaydıq”– deyə arzu edəcəklər.
عربي تفسیرونه:
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ
Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.
عربي تفسیرونه:
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ
Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir).
عربي تفسیرونه:
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
عربي تفسیرونه:
وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ
(Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
عربي تفسیرونه:
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!”
عربي تفسیرونه:
مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman kafirlərə möhlət verilməz.
عربي تفسیرونه:
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq.
عربي تفسیرونه:
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ
(Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik.
عربي تفسیرونه:
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Onlara elə bir elçi gəlmədi ki, ona istehza etməsinlər.
عربي تفسیرونه:
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
Biz (küfrü) günahkarların qəlbinə belə yeridirik.
عربي تفسیرونه:
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ
Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur.
عربي تفسیرونه:
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ
Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı,
عربي تفسیرونه:
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ
(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
عربي تفسیرونه:
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
عربي تفسیرونه:
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ
Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq.
عربي تفسیرونه:
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ
Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
عربي تفسیرونه:
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ
Biz yeri üzünü genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
عربي تفسیرونه:
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ
Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq.
عربي تفسیرونه:
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ
(Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
عربي تفسیرونه:
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ
Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz.
عربي تفسیرونه:
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ
Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik.
عربي تفسیرونه:
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ
Həqiqətən, sizdən öncə kimlərin gəlib-getdiyini də, sonradan kimlərin gələcəyini də bilirik.
عربي تفسیرونه:
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir.
عربي تفسیرونه:
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.
عربي تفسیرونه:
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ
İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq.
عربي تفسیرونه:
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
عربي تفسیرونه:
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!”
عربي تفسیرونه:
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
Beləliklə, mələklərin hamısı (ona) səcdə etdi.
عربي تفسیرونه:
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
عربي تفسیرونه:
قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
(Allah) dedi: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
عربي تفسیرونه:
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
(İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
عربي تفسیرونه:
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
(Allah) buyurdu: “Oradan çıx! Artıq sən (rəhmətimdən) qovuldun.
عربي تفسیرونه:
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
Haqq-hesab gününə qədər sənin üzərində lənət olacaqdır”.
عربي تفسیرونه:
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
(İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver”.
عربي تفسیرونه:
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.
عربي تفسیرونه:
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
Məlum vaxtın gününə (surun birinci dəfə çalınan vaxtına) qədər”.
عربي تفسیرونه:
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
(İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına (rəhmətindən qovduğuna) görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
عربي تفسیرونه:
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
Yalnız Sənin ixlaslı qullarından başqa”.
عربي تفسیرونه:
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ
(Allah) buyurdu: “Bu, Mənə tərəf gətirən düz yoldur.
عربي تفسیرونه:
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ
Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
عربي تفسیرونه:
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ
Həqiqətən, Cəhənnəm onların hamısına (İblisə və ona uyanlara) vəd olunmuş yerdir.
عربي تفسیرونه:
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ
Onun (Cəhənnəmin) yeddi qapısı vardır. Hər qapıdan, onlardan (İblisə uyanlardan) müəyyən bir dəstə girəcəkdir.
عربي تفسیرونه:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.
عربي تفسیرونه:
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
(Onlara:) “Oraya sağ-salamat və əmin-amanlıqla daxil olun!”– (deyiləcəkdir).
عربي تفسیرونه:
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar.
عربي تفسیرونه:
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ
Onlara orada (Cənnətdə) heç bir yorğunluq üz verməyəcək və onlar oradan çıxarılmayacaqlar.
عربي تفسیرونه:
۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver.
عربي تفسیرونه:
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ
Və əzabım da ağrılı-acılı bir əzabdır.
عربي تفسیرونه:
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ
Onlara İbrahimin qonaqları (mələklər) barəsində də xəbər ver.
عربي تفسیرونه:
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi.
عربي تفسیرونه:
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
(Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər.
عربي تفسیرونه:
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
(İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
عربي تفسیرونه:
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
(Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
عربي تفسیرونه:
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
عربي تفسیرونه:
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
(İbrahim) dedi: “Ey elçilər! İşiniz nədir?”
عربي تفسیرونه:
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
(Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik.
عربي تفسیرونه:
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik.
عربي تفسیرونه:
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”.
عربي تفسیرونه:
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
Elçilər Lut ailəsinin yanına gəldikdə,
عربي تفسیرونه:
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
o dedi: “Siz yad adamlarsınız!”
عربي تفسیرونه:
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
(Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik.
عربي تفسیرونه:
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq.
عربي تفسیرونه:
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”.
عربي تفسیرونه:
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
Biz Luta vəhy etdik ki, sübh çağı onların (kafirlərin) kökü kəsiləcək.
عربي تفسیرونه:
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi.
عربي تفسیرونه:
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin!
عربي تفسیرونه:
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
Allahdan qorxun və məni rüsvay etməyin!”
عربي تفسیرونه:
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!”
عربي تفسیرونه:
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
(Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!”
عربي تفسیرونه:
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
(Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər.
عربي تفسیرونه:
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
Günəş doğarkən qorxunc səs onları yaxaladı.
عربي تفسیرونه:
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
O şəhərin altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
عربي تفسیرونه:
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
Bunda, düşünən kimsələr üçün dəlillər vardır.
عربي تفسیرونه:
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir.
عربي تفسیرونه:
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
عربي تفسیرونه:
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
Əykə əhalisi də zalımlardan idi.
عربي تفسیرونه:
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir.
عربي تفسیرونه:
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
(Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı.
عربي تفسیرونه:
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər.
عربي تفسیرونه:
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular.
عربي تفسیرونه:
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
Sübh çağında onları qorxunc səs yaxaladı.
عربي تفسیرونه:
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi.
عربي تفسیرونه:
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
عربي تفسیرونه:
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ
Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir.
عربي تفسیرونه:
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
(Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik.
عربي تفسیرونه:
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al
عربي تفسیرونه:
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!”
عربي تفسیرونه:
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik.
عربي تفسیرونه:
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
عربي تفسیرونه:
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
(Ey Peyğəmbər!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik –
عربي تفسیرونه:
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
(Dünyada) etdikləri əməllər barəsində.
عربي تفسیرونه:
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
عربي تفسیرونه:
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
عربي تفسیرونه:
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
عربي تفسیرونه:
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik.
عربي تفسیرونه:
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
عربي تفسیرونه:
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
Və sənə ölüm gələnədək Rəbbinə ibadət et.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: الحجر
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علی خان موساییف - د ژباړو فهرست (لړلیک)

آذري ژبې ته د قرانکریم د معناګانو ژباړه، د علي خان موسیف لخوا ژباړل شوې. دا د مرکز رواد الترجمة لخوا اصلاح شوې، او اصلي ژباړه د نظر څرګندولو، ارزونې او دوامداره پرمختګ په موخه شتون لري.

بندول