Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علي خان موساييف * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər.
عربي تفسیرونه:
خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
عربي تفسیرونه:
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ
İnsanlardan elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
عربي تفسیرونه:
يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki) onlar, yalnız özlərini aldadır və (bunu) hiss etmirlər.
عربي تفسیرونه:
فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ
Onların qəlblərində xəstəlik vardır və Allah onların xəstəliyini daha da artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.
عربي تفسیرونه:
وَإِذَا قِيلَ لَهُمۡ لَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ قَالُوٓاْ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ
Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq islah edənlərik!”– deyirlər.
عربي تفسیرونه:
أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡمُفۡسِدُونَ وَلَٰكِن لَّا يَشۡعُرُونَ
Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin (bunu) hiss etmirlər.
عربي تفسیرونه:
وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓاْ أَنُؤۡمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُۗ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعۡلَمُونَ
Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin (bunu) bilmirlər.
عربي تفسیرونه:
وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə xəlvətə çəkildikdə isə: “Şübhəsiz ki, biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər.
عربي تفسیرونه:
ٱللَّهُ يَسۡتَهۡزِئُ بِهِمۡ وَيَمُدُّهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, öz zəlalətləri icində şaşqın qalarlar.
عربي تفسیرونه:
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمۡ وَمَا كَانُواْ مُهۡتَدِينَ
Onlar doğru yol əvəzində azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, özləri də doğru yola yönəlmədilər.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علي خان موساييف - د ژباړو فهرست (لړلیک)

دا د علي خان موساییف لخوا ژباړل شوې. دې ته د رواد الترجمة مرکز تر څارنې لاندې انکشاف ورکړل شوی، او اصلي ژباړې ته د نظرونو څرګندولو، ارزونې، او دوامداره پرمختګ او بیاکتنې لپاره فرصت شتون لري.

بندول