Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (65) Surah: Suratu Yunus
وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Ey Peyğəmbər! Onların sənin dininə tənə və təhqir etmələri səni kə­dər­­lən­dir­məsin. Çünki qələbə sonda yalnız Allaha məxsusdur. Onu heç bir şey aciz edə bilməz. Allah onların sözlərini eşidəndir, əməllərini biləndir. O, hər bir kəsin etdiyi əməlin mükafatını verəcəkdir.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• ولاية الله تكون لمن آمن به، وامتثل أوامره، واجتنب نواهيه، واتبع رسوله صلى الله عليه وسلم، وأولياء الله هم الآمنون يوم القيامة، ولهم البشرى في الدنيا إما بالرؤيا الصالحة أو عند الموت.
• Allahın dostu, Allaha iman edərək, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinən və Onun elçisi Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olan kimsələrdir. Qiyamət günü, məhz Allahın dostları, o günün dəhşətindən əmin-aman olan kimsələr olacaqlar. Dünyada ya gözəl yuxu ilə, ya da, ölüm anında müjdə onlar üçündür.

• العزة لله جميعًا وحده ؛ فهو مالك الملك، وما عُبِد من دون الله لا حقيقة له.
• İzzət bütünlüklə Allaha məxsusdur. O, mülkün sahibidir. Ondan başqa ibadət edilənlərin isə heç biri həqiqətə uyğun deyil.

• الحث على التفكر في خلق الله؛ لأن ذلك يقود إلى الإيمان به وتوحيده.
• Allahın yaratdıqları haqqında düşünməyə təşviq etmək. Çünki bunları düşünmək insanı tək olan Allaha iman etməyə sövq etdirir.

• حرمة الكذب على الله عز وجل، وأن صاحبه لن يفلح، ومن أعظم الكذب نسبة الولد له سبحانه.
• İzzət və Cəlal sahibi olan Allah adından yalan danışmağın haram olması. Allah adından yalan danışan kimsə əsla xoşbəxt olmaz. Allaha isnad edilən ən böyük yalanlardan biri də, Onun övladı olmasını idda etməkdir.

 
Tradução dos significados Versículo: (65) Surah: Suratu Yunus
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar